Möminlərin imanlarını daha da artırmaq üçün onların qəlbinə mənəvi rahatlıq verən Odur. Göylərin və yerin orduları da Allaha məxsusdur. Allah hər şeyi biləndir, hikmət sahibidir. (Fəth surəsi, 4)
Şübhəsiz ki, möminlər ağacın altında sənə beyət etdiklərində Allah onlardan razı olmuşdur. Allah onların qəlbində olanı bilmiş, onlara mənəvi rahatlıq vermiş və onları yaxın bir fəth (zəfər) ilə mükafatlandırmışdır. (Fəth surəsi, 18)
Allah, çətinlik zamanı, səmimi olanların qəlbinə güvən və hüzur duyğusu vermiş və bu mənəvi dəstəyin nəticəsində möminlər hüzur, güvən və səbir duyğusunu yaşayıblar.
Əslində bu hüzur və güvən duyğusu möminlərin bütün həyatına hakimdir. Allaha və axirətə iman edən insanlar, Allahın hər şeyin tək hakimi olduğunu bildikləri üçün onsuz da heç bir hadisə qarşısında hüznə və çətinliyə düşməzlər. Sonsuz rəhmət sahibi olan Rəbbimizin, hər şeyi özləri üçün ən xeyirli olacaq şəkildə, axirətə ən faydalı olacaq formada yaratdığını bilirlər.
“Əgər Allah sizə yardım edərsə, heç kəs sizə qalib gələ bilməz. Əgər O sizi zəlil edərsə, Ondan sonra kim sizə kömək edə bilər?! Ona görə də möminlər (yalnız) Allaha təvəkkül etsinlər!” (Ali İmran surəsi, 160) ayəsinə qəti olaraq iman edər və təvəkkülün mənəvi rahatlığı ilə həyatını davam etdirərlər.
Qarşılaşdıqları çətinlik nə qədər böyük görünsə də nəticədə müvəqqəti olduğunu bilərlər. Çünki dünyadakı həyatın sonsuz axirət həyatı yanında çox qısa olduğunu unutmazlar. Dünyada qarşılaşıla biləcək çətinlik insanın bütün həyatını əhatə etsə belə ən çox 50-60 il davam edəcək. 50-60 il təvəkkül və gözəl əxlaq ilə keçirilən bir ömrün sonunda insanın sonsuz cənnət həyatında alacağı qarşılıq isə şübhəsiz ki, bənzərsiz olacaq. Cənnətdə möminlər, heç bir çətinlik, hüzn, yoxluq, bezginlik, çətinlik yaşamayacaq, əksinə sonsuz gözəlliklər içində nəfslərinin arzu etdiklərinin hamısına qovuşacaqlar.
Məhz bu həqiqəti dərk etmək, iman edən bir insanın hər hadisəyə sarsılmaz təvəkküllə yanaşmasını təmin edər. Bunun verdiyi mənəvi hüzur və sevinc duyğusu da dünyadakı ən böyük nemətlərdən biridir. Unudulmamalıdır ki, bütün qəlblər və bütün güc Allahın əlindədir. Allah dilədiyi an dilədiyi hadisəni, dilədiyi formada yaradar.
Hüzur və güvən axtaran insan, Allah vermədikcə, heç bir yolla buna çata bilməz. Din əxlaqını yaşamanın insanlara gətirdiyi asanlıq, insanın hər şeyin Allahın idarəsində olduğunu bilməsidir. Hər işində Allaha yönələn, hər işinin qarşılığını yalnız Allahdan gözləyən insan, həmişə Allahın köməyini və dəstəyini müxtəlif yollardan öz yanında tapacaqdır.
Əksinə, sizin himayədarınız Allahdır və O, yardım edənlərin ən xeyirlisidir. (Ali İmran surəsi, 150)

