Emosionallıq, insanın, ağlının və məntiqinin tələb etdiyi doğrular yönündə deyil, duyğularının istiqamətləndirməsi ilə hərəkət etməsidir. Emosionallıq, ümumiyyətlə hər insanda müxtəlif cür təzahür etməsinə baxmayaraq, dindən uzaq cəmiyyətin bütün fərdlərində var olan ruhi xəstəlikdir. Qurandan uzaq, dini yaşamayan bir insanın özünü romantizmdən tamamilə qurtarması mümkün deyil. Çünki emosionallıq ancaq, insanın ağlı ilə, yəni Quran əxlaqı ilə hərəkət etməsi nəticəsində düzəldilə bilir.
Emosionallıq cahil cəmiyyətdə olduqca məqbul sayılan, “yaxşı insan” olma ölçüsü olaraq qəbul edilən, buna görə də, kimilər üçünsə öyünmə mövzusu olan əhəmiyyətli ruhi pozuntudur. Ancaq əksəriyyət insanların səhv qənaətinə görə emosionallıq elə bir müsbət məna qazanmışdır ki, ağlamayan bir kimsəyə asanlıqla qəlbsiz, duyğusuz insan sifəti yaraşdırılır.
Görəsən emosionallıq zənn edildiyi kimi bu qədər günahsız bir xüsusiyyətdirmi? Bu problemin cavabını real qiymətləndirsək emosionallığın son dərəcə dəhşətli nəticələr doğurduğu həqiqəti ilə qarşılaşarıq. Emosionallığın gündəlik həyatda son dərəcə zərərli təsirləri yaşana bilir. Necə ki, emosionallıq, insanların şikayət etdikləri və həll yolu axtardıqları bir çox mövzuda aciz qalmalarının başlıca səbəblərindəndir.
Halbuki bütün problemlərin həlli və yaşanan çətinliklərdən qurtuluş yolları Quranda mövcud olduğundan, Quranı rəhbər edən insanlar ya da cəmiyyətlər ağlın qazandırdığı üstünlüklərə sahib olarlar, başqa sözlə ağlın verdiyi rahatlığı yaşayarlar:
Ey kitab əhli! Sizə Kitabda gizlətdiklərinizin bir çoxunu bildirmək və bir çoxunu da bağışlamaq üzrə elçimiz gəlmişdir. Həqiqətən, Allahdan sizə bir nur və açıq-aydın bir Kitab gəlmişdir. Allah, Öz rizasına uyanları onunla əmin-amanlıq yollarına yönəldər və Öz iznilə onları qaranlıqdan aydınlığa çıxarıb doğru yola istiqamətləndirər. (Maidə surəsi, 15-16)
Uşaqlığımızdan bəri həmişə ağlayan insanların və ya gördüyü haqsızlıqlara, internet və televiziyada seyr etdiyi ac insanların halına ağlayanların, onların vəziyyətinə kədərləndiyini ifadə edənlərin duyğulu halından da vicdanlı insanlar olduğunu eşitmişik. Halbuki emosional insanların səmimi maraq və cəhd göstərmədən yalnız gözyaşı tökməkdən, şikayət etmələri heç bir fayda, heç bir həll gətirmir. Onsuz da bu cür insanlar ağlayıb dərd etdikləri insanların problemlərinə həll tapmaqdan daha çox onlara kədərlənməkdən zövq alarlar; şüur altında emosionallığın qaranlıq halını yaşamaq nəfsinin daha çox xoşuna gəlir. Pessimizm, ümidsizlik, acı, kədər, sıxıntı kimi cəhənnəmə xas xüsusiyyətlərin, bu dünyada şeytanın duyğusallıqla azdırdığı insanlara yaxşı gəlməsi də olduqca maraqlıdır.
Həmçinin bu mövzunun əhəmiyyətli bir yönü daha vardır: Televiziya qarşısına keçib heç bir şey etmədən gözyaşı tökən bu insanlara bir şey etmələri təklif edilsə də dəyişən bir şey olmaz. Bu vəziyyətdə də “mənim etdiyimdən nə olar?”, “mən tək başıma nə edə bilərəm ki?” kimi bəhanələrlə mövzudan uzaqlaşmağa çalışarlar.
Emosional insanlar, ətrafında formalaşdırdıqları mənfi abu-hava nəticəsində hadisələri qarışıq və həlsiz göstərərək, özləri kimi ətrafındakı insanları da pessimizmə və ümidsizliyə sövq edirlər.
Bir çox gözəl əxlaq xüsusiyyətləri emosionallıqla yaşandığında öz gözəlliyini itirir, hətta son dərəcə təhlükəli bir hal çevrilir. Məsələn, şəfqət etmək, Allahın Quranda təşviq etdiyi üstün əxlaq xüsusiyyəti olmasına baxmayaraq, emosional bir adamın düşüncəsində şəfqət, zalım bir kimsəyə yazığı gəlmə, bu adamın etdiklərini xoş görmə, zülmünə razılaşma kimi səhv şəkillərdə tətbiq oluna bilər. Bu baxımdan ağıllı insan üçün emosional olan bir üslubu, rəftarı və məntiqi də məqbul görmək mümkün deyil. Çünki bu cür bir zehniyyət daxildə saxlanıldığı müddətcə emosionallığa aid hərəkətlər mühit və şərtlərə görə daha ciddi miqyasda görünə bilər.
Ancaq burada həssas olmaqla emosional olmaq arasındakı fərqi də ayırmaq lazımdır. “Vicdanlı, həssas, mülayim olmaq” Allahın Quranda peyğəmbər xüsusiyyəti olaraq vurğuladığı üstün xüsusiyyət ikən, romantiklik Quranda təsvir edilən əxlaqın tam tərsidir. Möminlər romantik deyil, ancaq həssas və insancıl insanlardır. Digər bir deyişlə həm üstün ağıl sahibi, etidallı, həm də insani yönləri son dərəcə qüvvətlidir. Elə əsl üstünlük də, insanın bu xüsusiyyətləri bir yerdə cəmləyə bilməsidir. Allah Quranda İbrahim Peyğəmbərin bu gözəl əxlaqından “Doğrusu İbrahim, həlim (yumşaq xasiyyətli, mülayim) və könüldən (Allaha) yönələn biriydi.” (Hud surəsi, 75) deyə bəhs edir.
Unudulmamalıdır ki, emosional insanlar kiməsə yalnız yazığı gələr amma onu çətin vəziyyətdən qurtarmaq, problemlərinə həll tapmaq üçün heç bir köməklik göstərməzlər. Amma Allahın əmr etdiyi həssaslığa sahib bir insan, yazığı gəldiyi insanlara kömək etmək üçün də əlindən gələni edər, problemlərə həll axtarıb tapar, insanları çətin vəziyyətdən uzaqlaşdırmaq üçün lazım olan tədbirləri də görər. Həqiqi şəfqət və sevgi də budur.

