Əbu Abdulla belə buyurub: “Qəhqəhə şeytandandır”. (İman və küfr kitabı / Üsuli-kafi kitabı / əl-Kuleyni, səh. 1068)
Əbu Abdulla belə buyurub: “Həddindən artıq zarafatdan və məzhəkədən çəkinin; çünki bunlar insanın üzünün suyunu aparır”. (İman və küfr kitabı / Üsuli-kafi kitabı / əl-Kuleyni, səh. 1068)
İmam belə deyərdi: “Elə gülün ki, dişləriniz görünməsin”. (İman və küfür kitabı / Üsuli-kafi kitabı / əl-Kuleyni, səh. 1067)
Əbu Abdulla belə buyurub: “Çox gülmək qəlbi öldürür”. (İman və küfür kitabı / Üsuli-kafi kitabı / əl-Kuleyni, səh. 1067)
İbrahim ibn Mihzəm ona danışan birinin vasitəsilə rəvayət edir. Əbül-Həsən əl-Əvvəl (Musa ibn Cəfər) belə buyurub: “Yəhya ibn Zəkəriyyə (əs) ağlayardı, amma gülməzdi. Məryəm oğlu İsa (əs) isə bəzən gülər, bəzən isə ağlayardı. İsanın (əs) etdiyi Yəhyanın (əs) etdiyindən daha üstündür. (İman və küfür kitabı / Üsuli-kafi kitabı / əl-Kuleyni, səh. 1070)
Həsən ibn Kuleyb rəvayət edir: Əbu Abdulla belə buyurub: “Möminin gülməyi təbəssümdən ibarətdir”. (İman və küfür kitabı / Üsuli-kafi kitabı / əl-Kuleyni, səh. 1067)
Bu saxta hədislər xurafatçıların nə qədər qorxunc və soyuq bir dünyaya malik olduqlarını göstərir. Yuxarıdakı saxta hədislər xurafatçıların xoşbəxtlikdən və insanın ən təbii ehtiyaclarından biri olan gülüş və yumor kimi nemətdən nə qədər uzaq olduqlarını açıq şəkildə ifadə edir. Həyatda gülməyi qadağan edən sistem mövcud ikən və saxta hədislərdən peyğəmbərlərin belə gülmədiyini öyrəndiyi halda, xurafatın içində yaşayan insanların hansı hala düşdüyünü düşünmək çətin deyil.
Halbuki Qurandakı din müsəlmanlara kədəri qadağan edir. Müsəlman dünyanın ən xoşbəxt adamıdır. Çünki müsəlman səbirli olmaqla və təvəkkül etməklə Allaha itaət edir. Gələcəkdə baş verəcək şeylərə görə narahat olmaz və başına gələn çətinliklərin xeyirlə yaradıldığını bilir. Hər şeyin taledə olduğunu bilir və ölüm onun üçün son deyil, Allaha və sonsuz həyata qovuşmaq anıdır. Quranda Allah iman edənlərə cənnətlə müjdə verir. Bütün bunlar onsuz da möminlərin sevinci üçündür. Allah bizim dünyada da cənnət əxlaqı göstərməyimizi istəyir. Çünki bəyəndiyi əxlaq budur.

