Güclü şəxsiyyət

Ağıllı insan, canlı cansız bütün varlıqların Allaha boyun əydiyini və Onun icazəsi olmadan yer

Ağıllı insan, canlı cansız bütün varlıqların Allaha boyun əydiyini və Onun icazəsi olmadan yer üzündə heç bir hadisənin reallaşa bilməyəcəyini bilər. Allaha qarşı duyulan təslimiyyət və güvən, onun Allahdan başqa heç bir şeydən və heç kimdən qorxmamasını və beləcə güclü şəxsiyyət inkişaf etdirməsini təmin edər. Hər şeyə Allahın nəzarət etdiyini bildiyi üçün, insanlara, hadisələrə, ya da şərtlərə görə rəftarı dəyişməz. İnsanlar bəyənsin deyə deyil, Allahın sevgisini qazanmaq məqsədilə hərəkət etdiyi üçün heç bir mənfəət üçün şəxsiyyətindən, rəftarından və əxlaqından güzəştə getməz.

Ancaq bunu da xatırlatmaq lazımdır ki, ağıl sahibi bir insanın “güclü şəxsiyyət” anlayışı, cahil cəmiyyətlərdə bilinən mənasından çox fərqlidir. Din əxlaqından uzaq cəmiyyətlərdə insanlar, şəxsiyyətli olmanın, ancaq qürur, rəsmiyyət və ciddilik ilə əldə edilə biləcəyinə inanarlar. İnsan, ətrafındakı insanlara, öz fərqliliyini və üstünlüyünü nə qədər hiss etdirə bilsə, onun o qədər şəxsiyyətli olduğunu düşünərlər. Halbuki bu şəxsiyyət çox vaxt, daxildə yaşanan güclü şəxsiyyət deyil, daha çox göz boyamağa və ətrafda şəxsiyyətli bir insan “imici” yaratmağa çalışılan saxta rəftardır.

Həqiqi şəxsiyyətin nə qürurla, nə ciddilik və rəsmiyyətlə, nə də xarici görünüşlə heç bir əlaqəsi yoxdur. Qurana görə güclü şəxsiyyət, insanın Allahdan çox qorxması və bu səbəblə də Quran əxlaqını yaşamaqda qətiyyət göstərməsidir. Heç bir şərtdə, ya da heç bir dünyəvi mənfəət üçün Allahın bildirdiyi doğrulardan güzəştə getməməyi, pis əməllərə tənəzzül etməməsidir. Məhz insana şəxsiyyət qazandıran əsl xüsusiyyətlər bunlardır və bu mövzuda qətiyyət göstərə bilən insanlar da ancaq ağıl sahibləridir.