Gözlərdə gizlənən xainlik

Gözlər, insanın ruhunda yaşadığı bütün duyğuları əks etdirən mühüm səmimiyyət meyarıdır

Gözlər, insanın ruhunda yaşadığı bütün duyğuları əks etdirən mühüm səmimiyyət meyarıdır. İman gətirən insanlar gözlərinin bu xüsusiyyətindən ən xeyirli şəkildə istifadə edər, sözləri və davranışlarıyla olduğu qədər gözləri ilə də gözəl əxlaq göstərərlər. Dolayısilə, üzlərində olduqca aydın, nurlu və təmiz ifadə hakimdir. Baxışlarından Allaha dərin təslimiyyətlə bağlı olduqları, dürüst, etibarlı, səmimi, ağıllı, vicdanlı və hüzurlu insanlar olduqları bəlli olar.

Şeytanın təsirinə düşən insanların üzlərində isə bu xüsusiyyətləri görə bilmək, ümumiyyətlə qeyri-mümkündür. Şeytanın təlqin etdiyi neqativ ruh halına görə, üzlərində hüzur və əmin-amanlıq ifadəsindən əsər-əlamət yoxdur. Əksinə, qəlbindəki mənfi düşüncələrin üzlərinə əks olunmasından ötrü, qaranlıq, nə düşündüyü bəlli olmayan, anlaşılmaz ifadələr var. Hər nə qədər yaşadıqları şeytani ruh halına dair görüntü vermədiklərini düşünsələr də, əslində üzlərinin bu halı, xeyirli və yaxşı düşüncələrə sahib olmadıqlarının sübutudur. Bu üzün ardında daha nələrin gizləndiyinin bilinməməsi isə narahat edicidir.

Əlbəttə ki, həmin bu insanlar da üzlərində yaranan bu neqativ təsirdən, qaranlıq və zillətdən xəbərdardırlar. Bəlkə bir hadisədən, bəlkə bir insanın davranışlarından, bəlkə də heç bir həqiqət payı olmayan, tamamilə zehinlərində qurduqları düşüncələri səmimiyyətsiz şəkildə şərh etdiklərinə görə bu neqativ ruh halına düşüblər. Həmçinin bu narazılıqlarını da gizlincə ətraflarındakılara açıqlaya bilmək üçün bu şeytani üsuldan istifadə edirlər. Allah Quranda etdikləri pis əməllərə görə vicdanları qaralan insanların üzlərini zillət bürüdüyünü bildirir:

Pis əməllər qazanmış olanlar isə; hər pisliyin qarşılığı, öz misli ilədir. Bunları zillət bürüyər. Bunları Allahdan (qurtaracaq) heç bir qoruyucu yoxdur. Bunların üzləri, sanki qaranlıq gecənin parçalarına bürünmüş kimidir. Məhz bunlar Od sakinləridirlər; orada əbədi qalacaqlar. (Yunis surəsi, 27)

Üzləri sanki gecə qədər qaranlıq olan bu insanların baxışları normal deyil. Gözlərində rahat, hüzurlu və məmnun ifadəyə rast gəlmək çox çətindir. Güclü dərəcədə neqativ ruh halında olduqlarından narahatlıq və təvəkkülsüzlükləri gözlərinə əks olunar; bu gərginlik gözlərində fiziki mənada da yığılma yarada bilər. Gözləri mümkün qədər kiçilər və donuqlaşar. Zehinləri necə şeytanın təsir altındadırsa, eynilə gözləri də güclü şəkildə şeytanın təsiri altındadır. Yoxsa bir insanın gözləri ortada heç nə olmadığı halda, səbəbsiz yerə bu hala düşməz; donuq və mənasız baxışlarla baxmaz.

Səmimi, dürüst, normal insanın gözü açıq, aktiv və parlaqdır. Yaşadığı hadisələr əsasında gözündə növbənöv insani mənalar yaranar. Belə insanın gözlərinə rahat baxıla və əlaqə yaradıla bilər. Şeytanın təsiri altında olan insanların gözlərinə baxmaq isə, olduqca çətin və yorucudur. Bu insanla eyni mühitdə olunduğu müddətcə üzərindəki neqativ təsir, orada olan digər bütün insanları narahat edər.

Əlbəttə, bu baxış pozuntusunu düzəltmək tamamilə insanın öz əlindədir. Qəlbindəki vəsvəsələri, şeytandan gələn pis düşüncələri bir kənara atıb, yerinə Quran əxlaqına uyğun, xeyirli düşüncələr qoyduğu zaman, üzü də, baxışları da Allahın icazəsi ilə aydınlanar və gözəlləşər. Hətta gözəl əxlaqı və Rəbbimizə olan təslimiyyəti dərəcəsində üzündəki nur, baxışlarındakı məna da getdikcə dərinləşər. Lakin həmin insanlar bu baxışlardan, müəyyən hədəflər əsasında bilərək istifadə etdikləri üçün, bu vəziyyəti ortadan qaldırmaqdan bilərək qaçarlar.

Allah insanları tanımaq və analiz etmək məsələsində baxışların əhəmiyyətinə Quranın bir çox ayəsində işarə etmiş; “əgər Biz istəsək, sənə onları, əlbəttə, göstərərik, beləliklə də onları üzlərindən tanıyarsan…” (Məhəmməd surəsi, 30) ayəsi ilə, üz ifadələrinin münafiqləri tanıdan mühüm xüsusiyyət olduğunu ifadə etmişdir.

Allah Quranda Peyğəmbərimizin dövründə yaşayan bir qrup səmimiyyətsiz insanın baxışlarından da nümunələr vermişdir. Bir ayədə, Peyğəmbərimizə olan baxışlarındakı anormallığın şiddətini; “o inkar edənlər, zikri (Quranı) eşitdikləri zaman, səni az qala gözləri ilə devirəcəkdilər…” (Qələm surəsi, 51) şəklində bildirmişdir.

Halbuki nə cür baxsa da, hər insanın unutmayacağı mühüm bir həqiqət var; Allah onu hər an görür. Quranın; “gözlər Onu dərk edə bilməz. O isə bütün gözləri dərk edər. O, lətifdir, xəbərdardır!” (Ənam surəsi, 103) ayəsi ilə, Allah bu vəziyyəti insanlara bildirmişdir. Digər bir ayədə isə; “(Allah) gözlərin xainliyini və kökslərin gizlətdiyini bilər!” (Mümin surəsi, 19) hökmü ilə xaincə baxan gözlərə, bu insanların qəlbində gizlətdiklərinə diqqət çəkilmişdir.