Gözəl xasiyyətin əhəmiyyəti

Rəhman surəsində Allah cənnəti təsvir edərkən deyir ki; cənnətdə “İkisində də cürbəcür

Rəhman surəsində Allah cənnəti təsvir edərkən deyir ki; cənnətdə “İkisində də cürbəcür meyvələr, xurma ağacları və nar vardır. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız? Orada xoş xasiyyətli, gözəl qızlar vardır”. Əvvəl xasiyyət gözəlliyi, xasiyyəti gözəl olmadısa qadın nə edirsə etsin heç bir işə yaramaz. Kişi də qadın üçün elədir, əgər xasiyyəti pisdirsə qadın nifrət edər. Dünyanın ən yaraşıqlı insanı olsa belə. Ağılsız insan özündən uzaqlaşdırar insanları, ağıllı insan, gözəl xasiyyətli insan gözəldir, inşaAllah. “Otaqlar içində qorunmuş qadınlar vardır”. Qorunmuş, yəni iffətini qoruyan, degenerasiya olmamış qadınlar gözəldir, yəni insanı təsirləndirər. Amma hər kəsin istifadə etdiyi, ümumiləşmiş, dəyərini itirmiş bir qadına psixoloji olaraq insan hörmət duya bilməz. Dəyər də verə bilməz. Dolayısilə də təsirlənməz. Ət yığını kimi gələr. Quran bunu göstərir, halalı olaraq, əlbəttə.

Hətta, “Onlardan əvvəl”—deyir Allah “… özlərinə heç bir insan və cin toxunmamış qızlar vardır”. Çünki namus hissi insana çox müsbət təsir göstərər. Ruhunda çox müsbət təsir meydana gətirər. Onu tərtəmiz görərsən, şəfqət duyarsan, sevgi duyarsan, hörmət duyarsan, dəyər verərsən. Amma insan hörmət etməzsə, dəyər verməzsə, əhəmiyyətli görməzsə meymun kimi bir şey görər onu. Çox pis görər, diksinər hətta. Onun gözəl olmasının bir mənası qalmaz. Ona görə insan ağlıyla, gözəl əxlaqı, dərinliyi ilə, sevdası ilə, Allahdan qorxması, Allahı sevməsi ilə təsir edici və gözəl olar. Çünki bir insana baxarkən biz Allahın təcəllisini görmüş olarıq. Allah onu bizə beynimizdə gözəl yaratmasa, istəsə meymun kimi çox çirkin də yarada bilər. Məsələn, insan gözəldir, amma Allah bizə çox anormal da göstərə bilər beynimizdə, heç bir şey edə bilməzsən, dəyişdirə bilməzsən, yaxud tamamilə görünüşünü yox edə bilər, qapqara qaranlıq da göstərə bilər Allah, heç bir şey edə bilməzsən. Yaxud rəng koru edər Allah, ağ-qara göstərər, heç bir şey edə bilməzsən.