Gözəl və hikmətli danışmaq çox bəyəniləndir

Məryəm surəsi 12-ci ayə, “Ey Yəhya, Kitabı möhkəm tut.” Qurana qüvvətlə sarıl, “daha uşaq ikən

Məryəm surəsi 12-ci ayə, “Ey Yəhya, Kitabı möhkəm tut.” Qurana qüvvətlə sarıl, “daha uşaq ikən ona hikmət verdik.” Deməli, inşaAllah uşaq ikən hikmət verilməsi çox məqbuldur, gözəl danışmaq, hikmətli danışmaq, əsaslı danışmaq çox məqbuldur. “Qatımızdan ona bir sevgi həssaslığı və təmizlik (də verdik).” Axırzamana işarə edən yönü; hz. Mehdi (ə.s) sevgidən çox zövq alan, sevməkdən, sevilməkdən çox zövq alan bir insan olacaq və çox təmiz olacaq. Bütün müsəlmanlar kimi çox təmiz olacaq. “O, çox təqva sahibi biriydi.” Hz. Mehdi (ə.s) da çox təqva sahibi bir insan olacaq, inşaAllah. “Ona salam olsun; doğulduğu gün, öləcəyi gün və diri olaraq yenidən-qaldırılacağı gün də.” Eyni şəkildə Allahın hz. İsa (ə.s)-a da buna bənzər bir xitabı var. Sonra hz. İsa (ə.s)-ın doğumuna diqqət çəkilir. “Beləliklə, ona hamilə qaldı, sonra onunla kimsəsiz bir yerə çəkildi.” İyirmi iki, (iki və iki) hz. İsa (ə.s)-ın doğumuna işarə edən bir ayədir, inşaAllah. “Deyərkən doğum sancısı onu bir xurma budağına tərəf apardı. Dedi ki: “Kaş ki, bundan əvvəl ölsəydim, yaddaşlardan silinib unudulsaydım” Şiddətli sancı və ağrıya görə, bir də böhtanlar var, üstünə çox gəlinmiş, ağır təhqirlərə məruz qalmış, o böhran içində belə bir ifadə işlədir, təbii ki, bu bir zəllədir (peyğəmbərlərin səhvləri), inşaAllah.

“Altından (bir səs) ona səsləndi: “Hüznə qapılma, Rəbbin sənin alt (yan)ında bir arx yaratmışdır.’“ Allah ona vəhy edir. “Xurma budağını özünə doğru yellə, üzərinə təzə xurma tökülsün.” Təzə xurma çox ləzzətlidir, gözəl bir yeməkdir. Çox faydası var, Allah ona diqqət çəkmişdir. “Hüznə qapılma,” baxın, kədərlənməyi haram edir Allah, hüznə qapılmağı qadağan edir. Hz. İsa (ə.s) 33-cü ayədə; 33 yaşında göyə alınmışdır. 33 yaşında yerə enəcək, yenidən yer üzünə enəcək; indi dünyadadır, inşaAllah. “Salam üzərimədir; doğulduğum gün, öləcəyim gün və diri olaraq yenidən-qaldırılacağım gün də.” Ayənin birinci əbcədi 1987, ikinci əbcədi 2007, üçüncü əbcədi 2057 tarixini verir.