…Gözəl söz kökü yerdə möhkəm olan, budaqları isə göyə yüksələn gözəl bir ağac kimidir. Rəbbinin icazəsi ilə meyvəsini hər zaman verər. Allah insanlar üçün misallar çəkər; ümid edilir ki, onlar öyüd alıb düşünərlər. (İbrahim surəsi, 24-25)
Həmçinin Allah digər bir ayədə də insanlara sözün ən gözəlini söyləmələrini bildirmiş, əks təqdirdə şeytanın araya girib insanların arasını vuracağını belə xəbər vermişdir:
Qullarıma, ən gözəl sözləri demələrini söylə. Çünki şeytan aralarını vurmaqdadır. Şübhəsiz ki, Şeytan insanın açıq-aydın düşmənidir! (İsra surəsi, 53)
Həyatın hər anını Allahın razı olacağı şəkildə yaşamaq niyyətində olan möminlər, bu ayələr əsasında həmişə gözəl sözlər söyləyərlər. Şeytanın istəkləri əsasında yaşayan insanlar isə, bir çox mövzuda olduğu kimi, bu mövzuda da, əksinə davranarlar. Gözəl sözdən, iltifatdan, xoşsöhbət olmaqdan qaçmalarının isə bir çox səbəbi var.
Bu insanların hər mövzuda olduğu kimi, gözəl söz söyləməyə ilk maneələri “qürurları”dır. Qürurlu insanın əsas xüsusiyyəti öz nəfsini ön planda tutması və digər bütün mövzuların, hətta əsil məqsədi olan Allahın rizasını qazanma səyinin belə, nəfsindən sonra gəlməsidir.
Belə bir insan özü üçün mühüm əhəmiyyəti olan böyüklənmə duyğusunu bir kənara qoyub, ətrafındakı insanlara gözəl sözlər söyləməyi, iltifat etməyi və onlarla xoş söhbətlər etməyi olduqca çətin hesab edər. Çünki ona görə ən ağıllı insan özüdür, özü bu qədər ağıllı ikən, başqa birini öz istəyi ilə tərifləməsi mümkün olmaz. Yenə ona görə ən məntiqli insan da özüdür və onun qədər məntiqli insanın başqa insanın sözlərini dinləyib ona tabe olması yersiz olar. Ona görə, ən gözəl xüsusiyyətlərə sahib olan da özüdür, o zaman o, iltifat etməli deyil, ona iltifat edilməlidir…
Şeytanın təsirinə düşən bu insanların gözəl söz deməkdən qaçmalarının digər səbəbi isə, qəlbindəki “kin və ya qısqanclıq” duyğularıdır. Allah, nəfsin qısqanclığa və eqoistliyə əlverişli olduğunu; “…nəfslər isə “qısqanclığa və eqoist həvəslərə” hazır (əlverişli) edilmişdir…” (Nisa surəsi, 128) ayəsi ilə açıqlamışdır. Allahdan qorxub çəkinən möminlər qısqanc olmaqdan Allaha sığınar və nəfsin bu yönünü tərbiyə edərlər.
Ətrafındakı hər hadisədə Allahın üstün təcəllilərinini görər və bunları coşğu ilə dilə gətirməkdən özlərini saxlaya bilməzlər. Gözəlliklər, nemətlər və müvəffəqiyyətlər qarşısında duyduqları sevinci dilə gətirib, Allahın nemətinə qarşı olan şükürlərini ifadə edərlər. Yaşadıqları sevgini, coşğunu təbii şəkildə kənara əks etdirərlər.
Şeytana tabe olanlar isə nemətlərdən zövq ala bilməz, sakit həyat yaşaya bilməzlər. Özləri bu vəziyyətdə olarkən, ətrafındakı səmimi möminlərin nemətlərdən dərin zövq almaları, xoşbəxt, rahat və sevincli olmaları onları daxilən qısqanclığa və qəzəbə sürükləyər. Halbuki eyni gözəl həyatı yaşamaq onların da əlindədir. Allah, iman edib saleh əməllər işləyən, gözəl əxlaq göstərən hər insana bu gözəl həyatı vəd etmişdir. Öz seçimləri əsasında şeytanın əxlaqını mənimsədikləri üçün yaşadıqları narahat həyata görə məhrum olar, ardınca da bu nemətə sahib olan möminlərə həsəd apararlar.
Bu insanların gözəl sözlər deyib iltifat etməkdən, mehriban söhbət mühiti yaratmaqdan qaçmaqla, etmək istədikləri digər şey isə qarşılarındakı insanlara “dəyər vermədiklərini vurğulamaq”dır. Lakin bunun səbəbi qarşılarındakı insanları həqiqətən dəyərsiz görmələri deyil. Bunu nəfslərinə ağır gəldiyi üçün, qısqanclıq və ya qürurlarından ötrü edərlər.
Şeytanın təsiri altında olduqları üçün bir şeyi həqiqətən bəyəndikləri halda, qürurlarına ağır gəldiyi üçün bunu həqiqi dəyərini hiss etdirməyəcək sözlərlə tərifləməyə çalışarlar. Məsələn, “çox gözəl” ifadəsi əvəzinə, “pis deyil” kimi başdansovma sözlərlə mövzunu əhəmiyyətsiz göstərməyə cəhd edərlər. Bunlar kimi səmimiyyətsizliklərini vurğulamaq üçün işlətdikləri daha bir çox incə üsul var və bunların hər biri şeytan əməli olan hiyləgər üsullardır.

