Gözəl öyüd-nəsihət ilə dinə dəvət et

İslam dininin xüsusiyyəti bu dinin insanın onu yalnız öz daxilindən gələrək və qəlbən qəbul

İslam dininin xüsusiyyəti bu dinin insanın onu yalnız öz daxilindən gələrək və qəlbən qəbul edərək yaşaması ilə Allah dərgahında qəbul edilən bir inanc sistemi olmasıdır. Allah dinin bu xüsusiyyətini Quranın bir çox ayələrində izah etmişdir. Məsələn, namaz qılan bir insan namazını Allah üçün istəyərək və sevərək qılmalıdır. Həmçinin mal-dövlətindən Allah yolunda xərcləyən bir insanın həmin ibadətinin Allah dərgahında qəbul edilən olması onun verdiyi bu sədəqəni istəyərək və sevərək verməsinə bağlıdır.

Bir insan müsəlman olmaq üçün dini və Allahı ağlıyla dərk etməli və Onu qəlbən də təsdiq etməlidir. Yerinə yetirdiyi bu xidmətləri nə üçün etdiyini bilməlidir. Müsəlmanın dinə olan bağlılığı onun Allahın varlığına olan inamından irəli gəlir. Bu səbəbdən də dinin tələblərini istəyərək və sevərək yerinə yetirir. Dolayısı ilə İslam yalnız insanın öz rizası olduğu təqdirdə, həqiqi mənada yaşana biləcək bir sistemdir.

Buna görə də dində zorakılıq yoxdur. Allah müsəlmanlara, dinə qarşı istəksiz olan insanlara İslamı zorla qəbul etdirməyə çalışmamağı əmr etmişdir. Çünki Allah dini insanın zorakılıqla deyil, qəlbən yerinə yetirəcəyi şəkildə yaratmışdır. Qəlbən deyil, zorla qəbul etdirilərək yaşanan bir dinin Allahın dərgahında heç bir qiyməti yoxdur və bu halda həmin insanın dinə əməl etməsi ilə əməl etməməsi arasında da heç bir fərq olmayacaq.

Müsəlmanların din əxlaqını izah etməsi yalnız gözəl sözlü dəvət şəklində ola bilər. Bu həmçinin Allahı sevənlərin din əxlaqını yaşamasına istiqamətlənən bir dəvətdir. Dində zorakılığın olmaması ilə bağlı bir ayədə belə buyrulur:

“Dində məcburiyyət yoxdur…” (Bəqərə surəsi, 256)