Gözəl əxlaqın qazancı

İslam bizə mümkün olduğu qədər azad olma gücü verir

İslam bizə mümkün olduğu qədər azad olma gücü verir. Yəni bizi, gözəl əxlaqın içinə salıb, həyatı mənalı edir. Boş olan bir ruhdan bizi qoruyur. Əgər namus anlayışı olmasaydı insanın sanki içi boşalardı. Yəni ruhu boşalardı. Məsələn qadınların bir mənası qalmazdı. Qadın üçün də kişinin bir mənası qalmazdı. Çünki bir evin divarları olduğunda o ev bir məna qazanır. Amma evin tavanı və divarları üç kilometr kənarda olmuş olsa, ev olmaqdan çıxar. Biz boşluqda qalarıq. Tam fərqli bir şey olar.

Quranın çəkdiyi sərhədlər həyatı gözəlləşdirər. Yəni gözəl əxlaqı bizə xoş hala gətirir. Gözəl hala gətirir. Məsələn, harada fədakarlıq edəcəyimizi, harada vəfalı olacağımızı, harada sadiq olacağımızı, harada şəfqətli və mərhəmətli olacağımızı bizə Quran bildirir. Əgər bunları bildirməsəydi bizim başımızın içi bomboş olardı. Yəni beynimizdəki o gözəl dəyərlər, zövq aldığımız dəyərlər yox olardı.

Məsələn biz indi bir yaxşılıq etdiyimizdə zövq alırıq. Fədakarlıq etdiyimizdə zövq alırıq, birini qoruduğumuzda zövq alırıq. Onda bu zövqlərin hamısını itirərdik. Quran bizə intensiv zövqlər bəxş edir. Quran əxlaqı hər şeydən ən yüksək zövq almağımıza vəsilə olur.

Məsələn bizə təmizliyi Allah Quranda öyrədir. Bu insanların bir-birini daha çox sevməsini təmin edir. Eqoistliyin, xudbinliyin qarşısını alır Quran, bu bizim daha çox bir-birimizi sevməyimizi təmin edir. Beləcə bizə sevmə azadlığı, dərinlik azadlığı verir. Mümkün olduğu qədər çox sevmək, mümkün olduğu qədər çox dərinləşmək imkanı təmin edir. Əks təqdirdə hər tərəfə açıla biləcək bir qüvvə olardıq. Hər tərəfə gedən baş da tamamilə dağılar. Sanki havalanar.

360 dərəcə hər yerə gedən bir ağıl, boğular. Amma Fatihə surəsində ifadə edildiyi kimi, insan doğru yolda getdiyi zaman düzgün bir dünya meydana gəlmiş olur. Hər şey açıq, hər şey aydın olmuş olur və bu tam bir azadlıqdır. Əksi olsa insan azadlığını itirər, özünü, mənliyini itirmiş olar.