Gözəl əxlaq

Ağıl sahibi insanın qazandığı xüsusiyyətlərin əvvəlində, insana dünyada və axirətdə bir çox

Ağıl sahibi insanın qazandığı xüsusiyyətlərin əvvəlində, insana dünyada və axirətdə bir çox gözəlliyin yolunu açan Quran əxlaqı gəlir. Ağıllı insan, Allahın Quranda bildirdiyi üstün əxlaqı ən dəqiq şəkildə tətbiq edən insandır. Quranda insanlara dürüstlük, səmimiyyət, təvazökarlıq, yumşaq xasiyyətlilik, mərhəmət, ədalət, tolerantlıq, bağışlayıcı və daha bir çox əxlaq gözəlliyi tövsiyə edilər. Ağıl sahibi insan da ağlından istifadə edərək, qarşılaşdığı hər hadisədə bu rəftarları ən gözəl şəkildə tətbiq etməyi bacarar. Quran əxlaqını nə qədər diqqətlə tətbiq etsə, axirətdə Allahdan o qədər gözəl qarşılıq görə biləcəyini bilər.

Buna görə ağıllı insan gündəlik həyatında qarşılaşdığı hər hadisədə vicdanına uyğun davranar. Məsələn, köməyə möhtac bir kimsəyə kömək edər və bu məsuliyyəti başqalarına buraxmaz. Allahın razı olacağını bildiyi gözəlliklərin heç birini qaçırmadan tətbiq edər. Ya da tək başına ağır əşyanı daşımağa çalışan bir insanı, edəcək heç bir işi olmadığı halda oturaraq seyr etməz. Xəstə, ya da yaşlı birini gördüyü zaman ona yerini verib özü ayaqda qalmağı seçər. Əks halda laqeyd rəftar göstərmiş olacağını və Allahın bundan razı olmayacağını bilər. Həqiqətən qəzəblənəcək bir hadisə ilə qarşılaşdığında belə, Allahın mülayim rəftardan razı olacağını düşünərək qəzəbini məğlub edər və qarşısındakına gözəl söz söyləyər. Öz əleyhinə olacağını bilsə belə hər zaman üçün dürüst davranar.

Ağlı sayəsində bütün bu rəftarları həyatının sonuna qədər ən gözəl şəkildə tətbiq edən bir insan isə həm dünyada gözəl həyat yaşayar, həm də Allahın razılığını hədəfləyərək göstərdiyi bu gözəl rəftarlarından ötrü cənnətlə mükafatlandırılar.

blank