Göz Və Fotoaparatın Müqayisəsi

Gözün tor qişası işığa çox həssasdır. İşığı hiss edən müxtəlif tipli hüceyrələr görmə sahəsindəki ən yaxşı görüntünü tutacaq şəkildə düzülüblər. Bundan əlavə, göz avtomatik fokuslama edir və xarici mühitdəki işıq miqdarına görə həssaslığını tənzimləyir.

Bu cür xüsusiyyətlərinə görə, göz dünyadakı bütün kamera və fotoaparatlardan üstündür. Gözün qüsursuz yaradılışı Allahın üstün yaratma sənətinin nümunələrindən biridir. İnsan heç bir səy göstərmədən, doğulduğu anda etibarən hazır əldə etdiyi bu nemətlərə görə Allaha hər an şükür etməlidir.

De: “Sizi yoxdan yaradan, sizə qulaq, göz və qəlb verən Odur. Nə az şükür edirsiniz!” (Mülk surəsi, 23)