Göyərçinlərin bir neçə santimetr ölçüsü olan dimdiklərində yuvalarını sərrastlıqla tapmağa kömək edən çox hassas maqnit sistemi vardır

Poçt göyərçinlərinin istiqamət tapma sirləri

Aparılan son bir təcrübə poçt göyərçinləri istiqamət tapmaqda dünyanın maqnit sahəsindən faydalandıqları nəzəriyyəsi üçün əhəmiyyətli dəstək oldu.

İnsanlar məlumatı uzaqdakı alıcılara çatdırmaqda keçmiş dövrlərdən bəri göyərçindən faydalanmışdır. Məsələn, göyərçinlərin 1150-ci ildə Bağdadda məlumat çatdırma məqsədli istifadə edildiyinə dair qeydlər var.

Dünyaca məşhur “Reuters” xəbər agentliyinin qurucusu Paul Reuter, 1850-ci ildə Belçikanın Brüssel şəhəri ilə Almaniyanın Axen şəhəri arasında, 45 göyərçindən ibarət olan bir flot ilə xəbər və birja təhvil qiymətlərini paylamışdır.

Poçt göyərçinləri çox uzun məsafələri qət edə bilər. Daha sonra geriyə dönməyi bacaran bir göyərçin üçün ən uzağa uçma rekordu 1689 mildir.(təxminən 2719 km.)

Elmi adı Columba Livia olan göyərçinlərin necə olub da geriyə dönə bildikləri sualı, bu günə qədər bir sirr olaraq qalırdı. Yəqin olan açıqlamalar arasında güclü bir qoxu hissiyatı ilə maqnit sahələrini qəbul etmə qabiliyyəti ön plana çıxırdı. Elm adamları on illərdir sürən işlərdən sonra, göyərçinlərin həqiqətən maqnit sahələrini aşkarlaması qabiliyyətinə sahib olduğunu ortaya çıxardılar.

Chapel Hill-dəki Cornell Universitetindən Cordula Mora və yoldaşları göyərçinləri bir tunelin içinə qoydular. Bunun damında olan bir maqnit halqa işlədildiyində tunelin mərkəzində maksimum səviyyəyə çatan bir maqnit sahə meydana gətirirdi. Mora, dörd göyərçini maqnit sahə işləyərkən tunelin bir tərəfində; dayandıqda isə digər tərəfdə olan tarda oturacaq şəkildə təlim keçdi. Daha sonra göyərçinlərin maqnit sahəni təsbit etmə qabiliyyətini ölçdü. Bu məqsədlə etdiyi 24 sınaqda göyərçinlərin doğru seçimlərinin nisbəti 55%-dən 65% arasında reallaşdı.

Təcrübə üçün burnuna maqnit parçası bağlanmış göyərçin

Daha əvvəllər tədqiqatçılar göyərçinlərin dimdiklərinin üstündə maqnit kristalları tapmışdılar. Bu bölgənin quşun maqnetik qabiliyyətlərinin qərargahı olub olmadığını yoxlamaq üçün Mora hər bir quşun dimdiyinə maqnit sahəsini təsbit etmə qabiliyyətlərini zəiflədəcək şəkildə kiçik maqnit yapışdırdı. Bunun nəticəsində quşun maqnit sahəsini təsbit etmə qabiliyyətində diqqətə çarpan bir zəifləmə müşahidə edildi. Müvəffəqiyyət nisbəti 50%-dən aşağı endi. Ancaq quşun maqnitin səbəb olduğu çaşqınlığa uyğunlaşdığı və müvəffəqiyyət nisbətinin buna paralel olaraq təkrar yüksəldiyi müşahidə edildi.

Ancaq dimdiklərə maqnetik olmayan (məsələn düyü mədənindən edilmiş) vəsaitlər monte edildiyində (yerləşdirildiyində) maqnit sahəsi təsbit müvəffəqiyyəti bundan təsirlənmədi. Eyni şəkildə, qoxu sinirlərinin quşların dimdik bölgəsinə edilən cərrahı müdaxilə ilə kəsilməsi də bəhs olunan qabiliyyəti zəiflətmədi.

Bu tapıntılar göyərçinlərin yer kürəsini əhatə edən maqnit sahəsinə görə mövqelərini təyin etdikləri nəzəriyyəsini gücləndirdi.

Köçəri quşların; günəş, ay, ulduzlar və səth formalarındakı xatırladıcı işarələr kimi digər vizual ipuclarından faydalandıqları bilinirdi. İndi Mora bunlara dünyanın maqnit sahəsini də əlavə edərək bunun hədəfi çaşmaz bir istiqamət təyin etmə qabiliyyətinə kömək etdiyini ifadə edir və belə söyləyirdi:

“Dünya üzərindəki hər nöqtə maqnetik meyl və maqnetik sıxlığına aid xüsusi bir kombinasiyaya malikdir. Bu da göyərçinə çatacağı hədəfə görə hansı mövqedə olduğunu bilməkdə kömək olar”.

Digər tədqiqatçılar da bu tapıntının göyərçinlərin duyğu sistemlərini anlamaqda böyük bir addım olduğu şərhini edirlər.

Digər tərəfdən bu son çalışma ilə işıqlanan maqnetik mövqe təyinetmə sistemi üstün texnologiyaya əsaslanan bir sistemi də xatırladır.