Gördünüz ki, bir şeytanın pıçıltısı ürəyinizi qaraldırsa, qəlbinizdə narahatlıq yaradırsa, bu şeytandan qaynaqlanır

Möminlərin ən böyük düşmənlərinə qarşı mübarizəsi ömür boyu davam edib

Möminlərin ən böyük düşmənlərinə qarşı mübarizəsi ömür boyu davam edib. Bu savaş zamanı şeytan müxtəlif fəndlərdən istifadə edir. Şeytan insana heç bir zaman əsl üzünü göstərməz, qarşısına çıxıb: “Mən şeytanam və sənin cəhənnəmdə yanmağını istəyirəm” deməz. Onun əvəzinə insanların “ürəklərinə vəsvəsə verərək” (Nas surəsi, 4-5) öz varlığını məharətlə gizlədər. Şeytana əhəmiyyət verməyən insan onun təlqinlərini öz düşüncəsi zənn edər. Sonra şeytan onu bu fikirlərin doğru olduğuna inandırar. Bunun nəticəsində bir çox insanı tam nəzarət altına alar.

Ancaq möminlər vəsvəsə verən bu düşməni Quran vasitəsi ilə aşkar edə bilir. Mömin, əvvəlcə, qəlbindən gələn bu səsin şeytana, yoxsa öz vicdanına aid olduğunu ayırd edəcək bir nur və fərasət sahibidir. İnsan şeytanın oyununa fikir verdikdən sonra Quranda əmr edilən qayda üzrə hərəkət edər, Allaha sığınar. Çünki Allahı anan bir möminin qarşısında şeytanın vəsvəsəsinin heç bir hökmü qalmaz (Əraf surəsi, 200-201).

Əgər mömin içində olduğu hadisələrdə və işlərdə hər şeyin tərs getdiyini, sıxıntı verdiyini, vicdanının narahat olduğunu hiss edirsə, o dəqiqə dayanıb düşünməlidir. Bunun üçün ən asan yol insanın özünə kənardan başqasının gözü ilə baxmasıdır. Beləliklə də insan qarşısındakı insanı, yəni özünü bu suallar vasitəsilə aydın görür;

  • Həmin an beynindəki düşüncələr Quranla uyğun gəlirmi?
  • Allahı anmaqda tənbəllik göstərirmi?
  • Quranda buyurulan hökm və qadağalara əməl etməkdə tənbəllik edirmi?
  • Planları Allahın rizası və axirəti xaricindəki məqsədəmi yönəlib?
  • Möminlər içində özünün xüsusi bir yeri olduğunu və yerinin doldurulmayacağını düşünürmü?
  • Hadisələrə təvəkkül etmədiyini, buna görə, haqsızlığa uğradığını düşünürmü?
  • Etdiyi fədakarlığı başqa insanların bilməsini və danışılmasını istəyirmi?
  • Sevdiyi maldan vermək lazım olduğu halda, bir bəhanə edib verməməyəmi çalışır?
  • Hər hansı bir dünya malına qarşı hərislikmi edir?
  • Gələcəyə bağlı qorxu hissinə malikdirmi?

I …

  • Özünə qarşı Quran əsasında hərəkət ediləndə buna dözümsüzlük göstərirmi?
  • Allaha və dinə düşmən olan bir kimsəyə qarşı içində sevgi və bağlılıq varmı?
  • Quran oxumağı, dua etməyi və ya əməli saleh işlərdə olmağı üzrsüz səbəblərə görə təxirə saldımı?

Əgər içindəki sıxıntı burada sayılanlardan və ya bunlara bənzər hallardan əmələ gəlirsə, bu insanın qəlbinə şeytan daxil olmuşdur. Zənn etdiyi bu düşüncələrin hamısı şeytanın qəlbinə verdiyi vəsvəsədir.

Şeytan müxtəlif insanlara müxtəlif yollarla təsir etməyə çalışır. Dindən uzaq, Qurandan xəbərsiz yaşayan bir kimsəni bu həyat tərzinə davam etməsi üçün fəndlər işlədir. Şeytan onları tamamilə dünya həyatına yönəldir, dünyanın fani, keçici bərbəzəyinə bağlayır, beləliklə də onların pak dindən uzaq olmalarına səbəb olur.

Şeytan dinə yeni maraq göstərən insanı yaxınları tərəfindən təklənəcəyi, din üzrə yaşamağa başlayarsa, bunu davam etdirə bilməyəcəyi kimi boş və yersiz düşüncələrə salaraq dindən uzaqlaşdırmağa çalışır.

Şeytan möminlərə qarşı da fəaliyyəti davam etdirir. Məsələn, möminin digər möminə hirslənməsi və ya Quran oxumağı ağlından keçirdikdə əsassız bir bəhanə tapıb bundan imtina etməsi bu fəaliyyətin nəticəsidir. Ancaq şeytan möminə: “Quran oxuma”, “Allahı anma” demir. Çünki bunun təsirsiz olacağını bilir. Onun əvəzinə, insanın beynini boş və mənasız, uzun-uzadı işlərlə məşğul edir. Əgər insan bu təsir altına düşürsə, axirəti unudub dünya həyatına bağlanırsa, bu qəflətin təsirindən Quranın əmr etdiyi şəkildə yaşamaqdan uzaqlaşır. Bu tələyə düşməməyin yeganə yolu şeytanın pıçıltılarını vaxtında bilib Allaha sığınmaqdır.

Şeytanın xüsusiyyətləri, taktikaları və insan üzərində oynadığı oyunlar bəlli olduğu təqdirdə bundan sağlam nəticə çıxarıla bilər. Bunun üçün yeganə yol göstərən Qurandır.