Göbələklərin 96.000 fərqli növü müəyyən edilmişdir

Hər an yaşadığımız nemətlər

Səhər oyandıqda etdiyiniz işləri bir anlıq fikrinizdən keçirin. Gözünüzü açırsınız, nəfəs alırsınız, yerinizdə çevrilirsiniz, qalxır və yeriyirsiniz, yemək yeyirsiniz, paltarınızı dəyişirsiniz. Ananızla və ya qardaşınızla, bacınızla danışırsınız, sizə dediklərini eşidirsiniz. Sonra çölə çıxırsınız və ya pəncərədən çölə baxırsınız və mavi səmanı görürsünüz. Bəlkə o an pəncərənin qarşısından uçan quşların səslərini eşidirsiniz. Yerə düşən yarpağı seyr edərkən ağacdakı yetişmiş almaları görürsünüz. Günəşin istiliyini və küləyi üzünüzdə hiss edirsiniz. Küçədə yeriyən, avtomobilləri ilə gedəcəkləri yerə çatmağa çalışan insanlar var. Qısaca desək, sizin üçün adi bir gün başlamışdır. Gördüyünüz, eşitdiyiniz şeylərə adət etmisiniz; ona görə onların üzərində düşünməyi belə lazım bilmirsiniz.

Bir də belə düşünün. Doğulduğunuz gündən etibarən bir otaqda həyat sürdüyünüzü fərz edin. Bu otaq dörd divardan ibarət olsun və çölü görmək üçün heç kiçik bir pəncərəsi də olmasın. Otaqda sadəcə ehtiyacınıza uyğun bir neçə sadə mebel olsun. Həyatınızın keçdiyi b otaqda sizə ancaq həyatınızı davam etdirmək üçün lazımlı bir-iki cür yemək və su verilsin. Otaqda çöldən xəbər almaq üçün hər hansı rabitə vasitəsinin, məsələn, telefon, radio və ya televizorun da olmadığını fərz edək. Ona görə bir çox şey haqqında məlumatınız olmayacaq.

Bir gün həyatınızı keçirdiyiniz bu otaqdan çıxarıldığınızı və xarici aləmi gördüyünüzü fərz edin. Belə olduqda dünya haqqında nələr düşünərsiniz?