Gizlicə dua etmək

Allaha dua edərkən gizlicə dua etmək daha yaxşıdır, gizlicə, içdən, yalvara-yalvara

Allaha dua edərkən gizlicə dua etmək daha yaxşıdır, gizlicə, içdən, yalvara-yalvara. “Demişdi ki: “Rəbbim, şübhəsiz mənim sümüklərim boşaldı.” Yaşlılıqda kalsium bədəndə azaldığı üçün, sümüklər yavaş-yavaş əriməyə və kiçilməyə başlayar. İnsanın həm boyunda qısalma olar, həm həcmində kiçilmə olar, onun üçün kalsium alınması lazımdır. Əlavə kalsium qəbul edilməsi lazımdır. Buna baxmayaraq yenə də azalma olar, amma alınan kalsium o sürəti azaldar, inşaAllah. “Baş, yaşlılıq alovu ilə alovlandı;” saçlarda ağarma olur, yaşlılıq alovu ilə alovlandı o. “Mən sənə dua etməklə bədbəxt olmadım.” Deməli, dua edən xoşbəxt olur, Quran buna işarə edir.

Duadakı yüksək səs tonu duanın Allaha çatmasını və ya Allahın duaya razılığını asanlaşdırmaz. Dua etdiyimiz Rəbbimiz, içimizdən keçirdiyimiz düşüncələri bilən, hər şeydən xəbərdar olan və bizə şah damarımızdan daha yaxın olandır. (Qaf Surəsi, 16) Bizə bu qədər yaxın olan Allaha dua edərkən səsimizi gərəksiz yerə yüksəltməmizin bir mənası yoxdur. Adam içindən dua edə biləcəyi kimi, ancaq özünün eşidə biləcəyi bir tonla da dua edə bilər. Quranda istər ibadət əsnasında, istərsə də həyatın hər anında səs tonunun uyğun tutulması lazım olduğu insanlara aşağıdakı ayələrdə belə bildirilir:

Yerişində orta bir yol tut, səsindən də (yüksək pərdələri) əksilt. Çünki, ən çirkin səs uzunqulaq səsidir.(Loğman Surəsi, 19)

De ki: “Allah, deyə çağırın, ‘Rəhman’ deyə çağırın, nə ilə çağırsanız; sonunda ən gözəl adlar Onundur.” Namaz qılarkən səsini nə çox qaldır, nə də çox alçalt, bu ikisi arasında (orta) bir yol tut.(İsra Surəsi, 110)

Görüldüyü kimi Quranda təsvir edilən ibadət şəkli nümayişdən uzaqdır. Başqaları görsün və ya eşitsin deyə edilməz, yalnız Allaha qarşı olan vəzifənin layiqincə yerinə yetirilməsi məqsədini daşıyar. Dua ilə əlaqədar ayələrdə dəfələrlə “dini Allaha məxsus edərək dua etmək” dən bəhs edilir. Bunun mənası, dinin, yəni ibadətin yalnız Allah üçün edilməsi, Ondan başqalarının razılığının qəti şəkildə axtarılmamasıdır.