Gizli təkəbbür təhlükəsi

Təkəbbür insanın nəfsində olan və ömrü boyu nəzarət edəcəyi pisliklərdən biridir

Təkəbbür insanın nəfsində olan və ömrü boyu nəzarət edəcəyi pisliklərdən biridir. İnsanı özünün belə düşünə bilməyəcəyi bir əxlaqa, həyat şəklinə və anormal məntiqə apara bilən çox təhlükəli hissdir. Təkəbbürü dərin şəkildə yaşayan şeytan insanı həyatının sonuna qədər bu cəhətdən aldatmağa çalışacaq. Bunu düşünəndə insanın təkəbbür hissinə qarşı nə qədər diqqətli olmasının vacibliyi daha yaxşı aydın olacaq.

Nəfsin insanı açıq-aşkar təkəbbürə sala biləcəyi bir çox mövzu var. Ancaq bununla yanaşı gizli şəkildə və hiyləgərcə bu hissi yaşada biləcəyi vəziyyətlər də var.

Nəfsin insanı bu cür təhlükəyə yönləndirməsinə qarşı təkəbbürə qapılma riski olan bir insan çox diqqətli olmalıdır. Bu cür insan nə qədər məqbul sayılsa da, insanları yönləndirən, onlara ağıl verən, tənqid edən mövqedə olmaqdansa, yönləndirilən, tabe olan, başqalarının ağlından istifadə edib hərəkət edən bir mövqedə olmağı üstün tutmalıdır. Təkəbbürünü tam boğduğundan əmin olanadək bu əxlaqın ona fayda verməcəyini unutmamalıdır. Xüsusilə də hər iki tərəfin, demək olar ki, eyni fikirləri bildirdiyi və ya hər iki tərəfin də eyni nisbətdə haqlı olduğu vəziyyətdə belə insan öz haqqından keçib qarşı tərəfin fikrini və ya haqlılığını qəbul etməlidir. Bu, belə insanda təvazökarlığın inkişaf etməsinə vəsilə olacaq, özünü başqalarından daha üstün görmə istəyi və iddiası get-gedə azalıb ortadan qalxacaq və həmin şəxsin məzlumluğunu, acizliyini bilən bir insan olmasına imkan yaradacaq.

Təkəbbürə qapılma riski başqalarına nisbətən daha çox olan bir insanın nəfsinə qarşı bu cür tədbirlər alıb bunları tətbiq etməsi isə ancaq insanın Allah qorxusu və Allaha olan təslimiyyəti və tabeçiliyi ilə mümkündür. Allahın bəyənmədiyi bir əxlaqı yaşamaqdan çəkinmək arzusu insanın nəfsini istədiyi kimi idarə və tərbiyə etməsinə səbəb olar.