Gizlədilən hədislər – 4

Xurafatçılıq İslamdan fərqli inancdır

Xurafatçılıq, Allahın Quranda bildirdiyi və Peyğəmbərimizin (səv) yaşadığı İslamdan çox fərqli bir anlayışı din kimi göstərməyə çalışan bir sistemdir. İndi xurafatçıların İslam anlayışı İslam xaricində tam fərqli bir inanca çevrilmişdir. Çünki xurafatda Quran və sünnə deyil, xurafatlar və bidətlər əsasdır. Ancaq xurafatçılar İslam adına ortaya çıxdıqlarını iddia edirlər.

Xurafatçılar, Quranda olmayan əmrləri İslam dininə daxil etməyə çalışırlar. Quranda öz xurafatlarına uyğun gəlməyən hökmləri və əmrləri də rədd edirlər. Onlar üçün Quranda bütün gözəlliklərin təriflənməsi, sənətin, elmin təşviq edilməsi böyük kin səbəbidir.

Gözəlliklərdən və estetikadan zövq almaq dərin imanlı insanlara aid bir xüsusiyyətdir. Allah insanın ruhunda, gözəlliyə qarşı həssaslıq hissi yaratmışdır. Ancaq bu estetika anlayışının ortaya çıxması və inkişafı, insanın imanı və ağılı ilə düz mütənasibdir. Möminlər qarşılaşdıqları bütün gözəllikləri yaradanın Allah olduğunu bildikləri üçün bu gözəlliklər qarşısında həyəcan keçirirlər. Özlərinə bunların hamısını təqdim edən Allahın gücünü və sənətini gərəyi kimi təqdir edə bilməyə çalışırlar. Cənnətə qarşı duyduqları həsrət də gözəlliklərdən zövq alma qabiliyyətlərini artırır. Allahın Quranda xəbər verdiyi cəhənnəm mühitini düşünüb müqayisə etdikdə isə ruha zövq verən estetikanın dəyərini daha yaxşı qavrayırlar.

Xurafatçılar hər cür gözəlliyə nifrətlə baxırlar. Çiçəkdən, uşaqdan, heyvanlardan, qısası, Allahın yaratdığı hər gözəllikdən nifrət edirlər. Ruhlarında sevgiyə dair heç bir şey olmadığından içləri və ruhları bomboş və qapqaradır. Ruhlarındakı bu boşluq səbəbindən fanatik və anlayışsızdırlar. Buna görə də hər cür gözəlliyə, estetikaya, sənətə, elmə, sevincə, xoşbəxtliyə, hətta həyata düşməndirlər. Sevginin olmadığı, nifrətin və kinin hakim olduğu, təmizliyə, sənətə və elmə qarşı olan, sevincin və gözəlliklərin qadağan edildiyi, qadınlara və uşaqlara amansız bir kin duyan bu sistem, əslində şeytanın insanları din əxlaqından uzaqlaşdırmaq üçün meydana gətirdiyi bir bəladır. Bu zehniyyətin hakim olduğu bir dünya cəhənnəm kimi darıxdırıcı və qaranlıqdır. İnsanlar xurafatçılığın bu şəklindən çəkinirlər. Halbuki, gerçək İslam dini sevgini, dostluğu, qardaşlığı, köməkləşməyi, bağışlayıcı olmağı, qısası gözəl olan hər əxlaq xüsusiyyətini əmr edir.

Xurafatçı, heç kimi sevməz, özü də sevilməz, çünki hər kəs xurafatçının məntiqindən və həyat şəklindən, düşüncə tərzindən nifrət edər. Xurafatçılar öz aralarında belə bir-birlərindən nifrət edərlər. Buna görə də öz aralarında davamlı olaraq ayrılıq və düşmənçilik çıxarırlar. Heç vaxt birlik içində, rahat və xoşbəxt şəkildə yaşaya bilmirlər. Gerçək İslamı yaşayan müsəlmanlar isə şən, sevgi dolu, şəfqətli, səmimi, demokratiya və azadlığı müdafiə edən, müasir və irəli fikirlidirlər. Üstün əxlaqlarına görə çox sevildiklərindən xurafatçılardan tamamilə fərqli olaraq möminlərin canlı ictimai həyatları olur.

Xurafatçılar insana dəyər vermir, canlı heç bir varlığa əhəmiyyət vermirlər. Ruhlarında heç bir incəliyə, şəfqətə və mərhəmətə yer yoxdur. Bütün bunların nəticəsi olaraq xurafatçılar qadından da nifrət edirlər. Xurafatçıların başlıca xüsusiyyətlərindən biri də qadın düşməni olmalarıdır. Qadına ikinci dərəcəli varlıq rəftarı etmək xurafatçılığın əsas xüsusiyyətidir.