George Orwell

Təkəbbür hissi qəti iman gətirməyə mane olur

İman gətirmək üçün hər şeydən əvvəl insanın ağılı və şüuru açıq olmalıdır. Quranda iman gətirməyənlərin əsas xüsusiyyətlərindən biri kimi təkəbbür hissindən bəhs edilir. Bəs nə üçün təkəbbürlü insan ibadətlərini qəlbən yerinə yetirmir və uca Allahdan haqqı ilə qorxub çəkinmir?

İnsan uca Allahın yoxdan yaratdığı aciz bir quldur və həyatını davam etdirə bilmək üçün daima bir çox ehtiyacı vardır. İnsan hər an, hər saniyə, etdiyi hər işdə onu yoxdan var edən, sonsuz nemətlər lütf edən Allaha möhtacdır. İnsanın bu acizliyi Quranda belə bildirilir:

Ey insanlar! Siz Allaha möhtacsınız. Allah isə Zəngindir, Tərifəlayiqdir. (Fatir surəsi, 15)

Bu qədər aciz varlığın heç bir şeyə ehtiyacı olmadığını düşünməsi, özünü Allahdan müstəqil görməsi ağılsız davranışdır. Ancaq qəflət halındakı bəzi insanlar “… O inkar edənlər təkəbbür və nifaq içindədirlər” (Sad surəsi, 2) ayədə bildirildiyi kimi, bütün acizliklərinə baxmayaraq, nəfslərindəki qürur və təkəbbürə görə həyatlarının hər anında pis əxlaq göstərərək Allahı unudub təkəbbürlənirlər. (Allahı tənzih edirik)

Nəticə etibarilə, həm bu dünyada, həm də axirətdə peşman olanlardan olurlar. Bu, bir ayədə belə bildirilir.

İnsanlar içərisində eləsi də vardır ki, heç bir biliyi, doğru yolu göstərən rəhbəri və nur saçan bir kitabı olmadan Allah haqqında mübahisə edir. O, başını (təkəbbürlə )o yan bu yana çevirir ki, (insanları) Allahın yolundan sapdırsın. O, bu dünyada rüsvay olacaq, Qiyamət günü isə Biz ona Cəhənnəm məşəqqətini nəsib edəcəyik. (Həcc surəsi, 8-9)

Ayədə də bildirildiyi kimi, peşman olanların təkəbbür hissi bir çox yanlış hərəkətlərə səbəb ola bilər. Bunları belə ümumiləşdirə bilərik: