Təkamülü dəstəkləmək üçün tez-tez bəzi terminlər ortaya atılır. Məntiqli, hətta elmi olub olmadığına baxmadan tez-tez təkrar edilib məşhur elmi jurnallarda və ya saytlarda istifadə edilir. Burada məqsəd təkamülü ayaqda tutmaq üçün ictimai fikir formalaşdırmaqdır.
Bu məqsədlə istifadə edilən xəyali təkamül mexanizmlərindən biri də “genetik dreyf” (genetic drift)-dir.
Genetik dreyf iddiasından bəhs edilərkən mutasiya və təbii seçmə terminləri tez-tez və təhrif edilərək istifadə edilir. Bu terminlərə elmi həqiqətlərlə ziddiyyət təşkil edən mənalar verilir və sanki təbiətdə təkamülü dəstəkləyən, təsadüflərlə yeni genetik məlumatlar əldə edilən mərhələlər varmış kimi təqdim edilir.
Halbuki məlumat əldə edilməsinə yox, azalmasına səbəb olan bu mərhələlər təkamülə deyil, əslində, təkamülün əsassızlığına sübutdur.
“Drift” sözü azərbaycanca axın deməkdir. Bu sözə ingiliscə lüğətdə baxdıqda “bir şeyin hava və ya su yolu ilə daşınması”, “passiv, məqsədsiz, istəksiz vəziyyət və ya yerdəyişdirmə” kimi mənalarının olduğunu görürük. Ona görə “dreyf” sözünə təkamül ideologiyasının əsas dayağı olan təsadüfə əsaslanan dəyişiklik mənasını verirlər.
Təkamülçülərin genetik dreyf adı altında izah etmək istədikləri, əslində, budur:
Genetik dreyf iddiası darvinistlərin “təbiətdə və kainatda böyük təsadüf” fərziyyəsinə əsaslanır. Buna görə “populyasiyalar daxilində həyatda qalan və ölən fərdlər” və ya “populyasiyalar daxilində sabit qalan və ələnən genlər” guya təsadüfi yolla müəyyən edilir. Təkamülçülər bu təsadüf nəticəsində meydana gəldiyini düşündükləri mexanizmə “genetik dreyf” adını veriblər.
Genetik dreyf iddiası bir canlı qrupunda bir genə məxsus birdən çox fərqli xüsusiyyətin süni və ya təbii hadisələrin təkrarı nəticəsində dəyişə bildiyi kimi izahlara əsaslanır. İddia etdiklərinə görə, guya təsadüfi dəyişikliklər hər hansı bir xüsusiyyətin bir qrupa bütövlükdə hakim olmasına və ya o qrupdan tamamilə silinməsinə səbəb olur. İndi isə mövzunu təkamülçü qaynaqlardan aldığımız nümunələrlə izah edək.
Darvinistlər tərəfindən iddia edilən genetik dreyf mexanizmlərindən biri “şüşə boğazı (bottleneck) təsiri”dir. Bu mexanizmə görə, cəmiyyətin böyük hissəsinin ölümünə səbəb olan təbiət hadisəsi və ya xəstəlik nəticəsində yerdə qalan fərdlərdən yeni cəmiyyət yaranır. Bu birliyin daxilində müəyyən xüsusiyyətlərin tezliyi də dəyişikliyə məruz qala bilər. Məsələn, 100 nəfərin yaşadığı bir adada baş verən zəlzələ nəticəsində 10 nəfərin sağ qaldığını düşünək. Bu insanlardan cəmiyyət yenidən təşkil edildikdə təkcə bu 10 nəfərin xüsusiyyətləri yeni cəmiyyətdə ortaya çıxacaq. Digər 90 nəfərin fərqli xüsusiyyəti var idisə, artıq bu cəmiyyətdə olmayacaq. Bu baş versə belə, təkamülə səbəb olan bir proses olmadığı açıqdır.
Genetik dreyfə dəlil kimi göstərməyə çalışdıqları digər bir mexanizm isə “kəşfiyyatçı (founder) təsiri” adlanır. Bu mexanizmə görə, bölgədə yaşayan bir cəmiyyətin tezliyində bir təbəqənin köçü və ya böyük hissəsinin təcrid olması nəticəsində yeni birlikdə dəyişiklik müşahidə olunur və bunun nəticələri təkamülə dəlil kimi göstərilir. Burada qısaca açıqlanan “şüşə boğazı və kəşfiyyatçı təsiri” kimi fərziyyələrlə bir cəmiyyətin quruluşunda dəyişiklik ola biləcəyi iddiası bir mənada doğrudur. Bu tip hadisələrlə növlərin bəzi fərdlərinin önə çıxması və ya məhv olması baş verə bilər. Necə ki, tarix bu cür təbii fəlakətlərlə doludur. Dünyadakı canlıların böyük hissəsi bu fəlakətlər zamanı yox olmuşdur. Təbii ki, bu zaman bir növə aid bir xüsusiyyət də önə çıxmış ola bilər. Ancaq bu cür fəlakətlərin təsiri nəticəsində növlər yox olur. Buna görə də bu iddiadakı yanlış olan məqam budur: Genetik dreyf iddiası yeni genetik məlumat qazandırmır
Genetik dreyf təkamülə səbəb olan, yəni iddia edildiyi kimi bir canlıda dəyişikliyə və ya yeni növün yaranmasına səbəb olan bir mexanizm deyil. Yuxarıdakı izahlar diqqətli şəkildə tədqiq edildikdə aydın olur ki, şüşə boğazı və kəşfiyyatçı təsirləri növün müxtəlifliyində artma deyil, əksinə, azalma ilə nəticələnmişdir.
Genetik dreyf hadisələrdə başlanğıcda onsuz da mövcud olan genetik məlumatın qrup daxilində təmsil olunma nisbətinin dəyişməsidir. Üstəlik, bir xüsusiyyət o cəmiyyətdən silindikdə başlanğıcdakı genetik müxtəliflik təkamülçülərin iddialarının tam əksinə azalmış olur. Göründüyü kimi, heç vaxt bir məlumat əlavə edilmədiyindən genetik dreyfin təkamülə səbəb olan bir proses kimi təqdim edilə bilməyəcəyi də çox açıqdır.
Darvinistlər, adətən, nəzəriyyələrini sübut etmək üçün göstərdikləri nümunələrdə çox mühüm bir səhvə yol verirlər. Təbii seçmə və ya genetik dreyflə bağlı iddialarında genetik mənşəli yox, fenotip (xarici görünüş) mənşəli nümunələr verirlər.
Eyni ana və atadan doğulan uşaqların bir-birinə bənzəməməsi də fərqli epigenetik quruluşa malik genlərin qarışdırılması ilə meydana gəlir. Sperma və yumurta əmələ gəlməsi zamanı “crossing-over” adlanan mexanizmlə xromosom cütləri qarşılıqlı olaraq gen dəyişikliyi edirlər. Bu gen mübadiləsinin müxtəlif kombinasiyaları uşaqların bir-birindən fərqli olmasına səbəb olur. Genetik olaraq bir-birinə ən yaxın sayılan qardaşların belə fərqli fenotipə malik olması epigenetik təsirin nə qədər əhəmiyyətli olduğunu və fenotip müxtəlifliyin genetik dreyf üçün nümunə verilə bilməyəcəyini göstərən başqa bir dəlildir.
Burada bir istisna mutasiyalarla bağlı genetik xəstəliklərdir. Bunların da canlıya fayda deyil, zərər verdiyi çox açıqdır. Kiçik və qapalı cəmiyyətlərdə genetik xəstəliklərin sayında artım ola bilər. Bu isə ana və atanın eyni genetik xəstəliyi daşıma ehtimalının artmasına bağlıdır. Genetik xəstəliklər də onsuz da zərərli təsirə malik olduqları üçün heç vaxt təkamülə dəlil deyil.
Genetik olaraq eyni quruluşa malik fərdlərin formalaşdırdığı bir növdə genetik dreyfdən bəhs etmək də mümkün deyil. Çünki müxtəlif səbəblərdən növün fərdlərinin əksəriyyəti ölsə belə, qalan fərdlər çoxalmağa davam etsələr, yenə köhnə gen quruluşuna sahib olacaqlar.
Canlıların tarixini təsadüfə əsaslanan dəyişikliklərlə açıqlamağa çalışan darvinist məntiqin qarşılaşdığı bir çox çətinlik var. Təkamülçü məntiqə görə, yeni genetik məlumatın ortaya çıxması və uzaq perspektivdə yeni növlərin əmələ gəlməsi təsadüf çərçivəsindən kənara çıxmadan, (haşa) fövqəltəbii şüurun varlığına ehtiyac duyulmadan açıqlanmalıdır. Məhz bu səbəbdən bəzən xəyal gücünün hüdudlarını aşan çox qəribə və gülünc səbəb-nəticə əlaqələrinə dair ssenarilər ortaya atırlar. Bu ssenarilər yazılarkən unudulan vacib bir məqam var: Elm.
Elmin ən əsas dayağı müşahidə və təcrübələrə əsaslanaraq əldə edilən konkret dəlillərdir. Özlərini guya “inanclardan uzaq, qərəzsiz elm adamları” kimi tanıdan təkamülçülər çətinliyə düşdükləri bir çox məqamda heç bir elmi fakta əsaslanmayan bu ssenarilərə əl atırlar. Obyektivlik bir tərəfə, hər mövzuda təkamülü haqlı çıxarmağa yönələn şərhlər verməyə çalışırlar ki, bu da onları elmdən uzaqlaşdırır. Problemin qaynağı da budur.
Belə ki, həyatın ortaya çıxması və növlərin əmələ gəlməsi ilə bağlı konkret hipotez belə ortaya qoya bilməyən təkamülçülər genetik dreyf kimi xəyali təkamül ssenarilərinə var-gücləri ilə sarılırlar. Bunları elmi həqiqətlər kimi göstərməyə çalışırlar. Halbuki bu anlayışlar ətraflı araşdırıldıqda tamamilə elmdən uzaq olduğu asanlıqla görünür.
Canlılar bir anda və qüsursuz şəkildə tarix səhnəsinə çıxmışlar. İlk ortaya çıxdıqları andan etibarən də genetik dəyişikliyə məruz qalmadan varlıqlarını davam etdirirlər. Bu həqiqət bütün elmi dəlillərlə dəstəklənir. Bu da təkamül prosesinin heç vaxt baş vermədiyinin və canlıların Allah tərəfindən yaradıldığının ən açıq dəlilidir.

