“Gələcəkdə edəcəyəm” məntiqi

İnsanların əksəriyyəti Allaha və Qurana inandıqlarını, ancaq ibadətləri ahıl yaşlarında yerinə

İnsanların əksəriyyəti Allaha və Qurana inandıqlarını, ancaq ibadətləri ahıl yaşlarında yerinə yetirəcəklərini deyərlər. Namaz qılmaq kimi ibadətlər və quran əxlaqını yaşamaq demək olar ki, hər kəs tərəfindən yaşlılıq dövrünə təxirə salınır. Bunun şüuraltındakı səbəbi, insanın özünü dinə həsr etməsi ilə birlikdə bütün dünyəvi zövqlərdən məhrum olacağını zənn etməsidir. Halbuki Allah Quranın bir çox ayəsində dünya nemətlərini möminlərə həm dünyada, həm də axirətdə təqdim etdiyini bildirir:

…İnsanlar arasında: “Ey Rəbbimiz! Bizə verəcəyini elə bu dünyada ver!” – deyənlər vardır. Belə şəxslərin axirətdə heç bir payı yoxdur. Onlardan: “Ey Rəbbimiz! Bizə həm bu dünyada, həm də axirətdə gözəl nemətlər ver və bizi Od əzabından qoru!” – deyənləri də vardır. Belələri üçün qazandıqları əməllərə görə bir pay vardır. Allah tez haqq-hesab çəkəndir. (Bəqərə surəsi, 200-202)

Bundan əlavə başqa ayədə, bütün nemətlərin əslində möminlər üçün olduğu müjdələnir:

De: “Allahın Öz qulları üçün üzə çıxartdığı zinəti və təmiz ruziləri kim haram etmişdir?” De: “Bunlar dünya həyatında hamıya, Qiyamət günü isə yalnız möminlərə məxsusdur”. Biz dərk edən adamlar üçün ayələri belə izah edirik. (Əraf surəsi, 32)

Həmçinin insanın bir nemətdən həqiqi mənada zövq ala bilməsi üçün o insanın ruhən hüzurlu olması lazımdır. Vicdanı narahat olan insan, hər cür nemət içində olsa da heç bir şeydən zövq ala bilməz. Bu səbəblə dünya həyatını öz ağıllarına görə doyunca yaşaya bilmək üçün vicdanlarına uymayanlar və ya vicdanlarının əmr etdiklərinin vaxtını uzadanlar, böyük səhvə yol verirlər.

Bu insanlar, doğrunu əslində bilirlər və vicdanlarının əmr etdiklərinə uyduqlarında bütün həyatlarını buna görə tənzimləməli olacağının da fərqindədirlər.

Məsələn, namaz qıldıqları zaman vicdanlarının səsi daha da üstələməyə başlayacaq. Etdikləri pisliklər və vicdansızlıqlar diqqətə çarpacaq. Necə ki, ayədə, namazın insanları doğru yola yönəltdiyi belə bildirilir:

Kitabdan sənə vəhy olunanları oxuyub namaz qıl. Həqiqətən, namaz çirkin və yaramaz işlərdən çəkindirir. Allahı yada salmaq isə ibadətlərin ən əzəmətlisidir. Allah nə etdiklərinizi bilir. (Ənkəbut surəsi, 45)

Bəzi insanlar bu həqiqəti anladıqları üçün, ibadətlərin gətirdiyi vicdani məsuliyyətlərdən özlərinə bəhanə taparaq xilas olmağa çalışırlar. Allahın qəti olaraq əmr etdiyi bu hökmləri inkar edə bilməz, amma gələcəkdə hamısını edəcəklərinə dair özlərinə və ətraflarına söz verərlər.

Təxirə salma yalnız ibadətlər üçün keçərli deyil. Günlük həyatda qarşılaşılan hər hadisədə vicdanın əmr etdiyi doğrular təxirə salınır. İnsanlarda həmişə “hələlik belə edim, sonrakı səfərə düzəldərəm” məntiqi vardır. Halbuki Allah insanın təxirə saldıqlarını da hesab günündə qarşısına çıxaracaq:

O gün qayıdış ancaq sənin Rəbbinə olacaqdır. O gün insana əvvəllər etdiyi və sonraya saxladığı əməlləri barədə xəbər veriləcəkdir. (Qiyamət surəsi, 12-13)

Təxirə salmaq ancaq axirəti və ölümü düşünməyən, özlərinə yaxın buraxmayan insanlara məxsus davranışdır. Hər şeydən əvvəl insan nə zaman, harada və nə şəkildə öləcəyini bilmir. Məsələn, indi bu yazını oxuyan adam özünü təhlükəsizlikdə hiss edə bilər. Ancaq qəflətən meydana gələ biləcək hadisə və ya bu yazını oxuduqdan yarım saat sonra minəcək avtomobilin qəza keçirməsi, pilləkənlərdən enərkən təzyiqinin düşməsi və aşağı diyirlənməsi asanlıqla ölümünə səbəb ola bilər.

O zaman ölüm vaxtını bilmədikləri halda bəzi insanlar necə vicdanlarının əmr etdiklərini bu qədər asan təxirə sala bilirlər? Halbuki Allah qəti olaraq bildirir ki, ölüm mələyini qarşısında görən hər insan təxirə saldığı şeylərdən ötrü çox peşman olacaq və “kaş ki, hamısını etsəydim” deyəcək. Bu, tərifi mümkün olmayan və əsla dönüşü də olmayan peşmanlıqdır:

Həmin gün zalım kimsə barmaqlarını dişləyərək deyəcəkdir: “Kaş ki, mən elçinin yolunu tutub gedəydim! Vay halıma! Kaş ki, filankəslə dost olmayaydım! Çünki Zikr (Quran) mənə çatdıqdan sonra o məni ondan uzaqlaşdırdı”… (Furqan surəsi, 27-29)

Həmçinin Allahın verəcəyi cəzanın təxirə salınmış olması da insanları yanıldır. Əgər Allah edilən hər vicdansızlığın qarşılığını dərhal versəydi, insanlar bir dəfə cavab aldıqdan sonra bir daha vicdansızlıq etməzdilər. Ancaq cəzanın uzadılmış olması insanların haqqa tabe olmadıqlarının ortaya çıxmasını təmin edir və sınaq mühiti bu cür yaradılır. Allahın əzabı ertələməsi, bunu layiq olanların ən şiddətli əzabla qarşılıq görmələri ilə yanaşı insanlara dünyada ikən tövbə etmə imkanı olması baxımından da əhəmiyyətlidir. Bu, Allahın sonsuz mərhəmətinin təcəllisidir. Bir ayədə belə bildirilir:

Əgər Allah insanları etdikləri günahlara görə dərhal cəzalandırsaydı, yer üzündə bir canlını belə sağ buraxmazdı. Lakin Allah onlara müəyyən vaxtadək möhlət verir. Vaxtları çatanda isə hər kəsə öz əməlinə görə cəza, yaxud mükafat verəcəkdir. Şübhəsiz ki, Allah Öz qullarını görür. (Fatir surəsi, 45)

Buna görə Allahın edilən vicdansızlıqlara dərhal cavab verməməsi insanları aldatmamalıdır, çünki hər birinin qarşılığı axirətdə əskiksiz olaraq veriləcək. Allah bu səhv məntiqdə olanları ayədə belə xəbər verir:

…və öz-özlərinə: “Bəs niyə Allah bizi dediklərimizə görə cəzalandırmır?” – deyirlər. Cəhənnəm onlara yetər. Onlar orada yanacaqlar. Ora necə də pis dönüş yeridir. (Mübarizə surəsi, 8)