İbn Ömərdən rəvayət edildiyinə görə, Peyğəmbərimiz buyurdu: “Gecə və gündüz namazlarının HƏR BİRİ İKİ RÜKƏTDİR”. [Səhih hədis] – (İbn Macə, Tirmizi, Nəsai, Əbu Davud, Əhməd ibn Hənbəl)
Məzhəbçilər özlərindən rükətlər (2-4) uydurublar amma bu səhih saydıqları hədisi heç vaxt dilə gətirməzlər. Qaynaq isə bütün məzhəbçilərin qəbul etdikləri qaynaqlardır. Quranda namazın qılınma forması ayələrdə göstərilmişdir, fərqli ayələrdə göstərilmə hikməti isə, ürəyində xəstəlik olanların (ruhsuz zombilərin) bunları anlamaması və saxta hədis və rəvayətlərə yönəlməsidir. Doğru hədisləri ilə gizlədərlər onlar, çünki onlara sərf etmir bu hədislər.
Yuxarıdakı səhih hədisə görə peyğəmbərimiz bütün namazlarda 2 rükət olmasını açıq şəkildə deyir. Gecə namazı sadəcə peyğəmbərimizə fərz qılınmışdır. Gündüz namazları isə, gündüz qılınan namazlardır, yəni 3 vaxt namazdır (sübh, günorta və axşam). Gündüz vaxtı, günün başında başlayır, günün sonunda bitir, ayədə deyir ki, günün iki ucunda qıl, yəni sübh və axşam. Günorta isə günün ortası sayılır. Ona görə də, gündüz namazları deyildikdə bu 3 namaz nəzərdə tutulur.
Maraqlı olansa, Hz. Mehdi ilə bağlı bütün hədislərdə ancaq 2 rükət namaz qılar deyilir, heç birində 3 və ya 4 rükət qıldığı deyilməz, hamısında 2 rükət qıldı deyilir.
Rükət və digər ibadətlər barədə “Quranda ibadətlər” səhifəsində geniş məlumatlar paylaşmışam, inşaAllah.

