Fussilət Surəsi, 49-51-ci Ayələr

İnsan özünə xeyir diləməkdən usanmaz. Lakin ona bir pislik dəysə, məyus olub ümidini itirər. Başına gələn bəladan sonra Özümüzdən ona bir mərhəmət daddırsaq, mütləq deyər: “Bu mənim haqqımdır və Mən o Saatın gələcəyini güman etmirəm. Rəbbimə qaytarılsam belə, Onun yanında mənim üçün ən gözəl nemət hazırlanar!” Biz kafirlərə nə etdiklərini mütləq xəbər verəcək və onlara hökmən ağır bir əzab daddıracağıq. İnsana nemət verdiyimiz zaman üz çevirib haqdan uzaq durar. Ona bir pislik toxunduqda isə uzun-uzadı yalvarıb-yaxarar. (Fussilət surəsi, 49-51)