Fussilət Surəsi, 47-48-ci Ayələr

Kim yaxşı iş görsə, xeyri özünə, kim də pislik etsə, zərəri özünə olar. Sənin Rəbbin qullara zülm edən deyildir. O Saat haqqında bilgi yalnız Ona məxsusdur. Onun xəbəri olmadan heç bir meyvə toxumundan cücərib çıxmaz, heç bir dişi hamilə olmaz və daşıdığı yükü (bətnindəkini) yerə qoymaz. O gün Allah onları çağırıb: “Şəriklərim haradadır?”– deyəcəkdir. Onlar da: “Biz Sənə bildirdik ki, aramızda heç bir şahid yoxdur!”– deyəcəklər. (Fussilət surəsi, 47-48)