Mərhəmətli Allahın qulları o kəslərdir ki, onlar yer üzündə təvazökarlıqla gəzər, cahillər onlara xoşagəlməz bir söz dedikdə: “Salam!” – deyərlər. Onlar gecələrini Rəbbi üçün səcdədə və qiyamda keçirərlər. Onlar deyərlər: “Ey Rəbbimiz! Cəhənnəm əzabını bizdən uzaq elə. Doğrusu, onun əzabı həmişəlikdir. Həqiqətən, ora nə pis məskən, necə də pis iqamətgahdır!” (Furqan surəsi, 63-66)
Furqan Surəsi, 63-66-cı Ayələr
