Xatırlanacağı kimi, Məbəd cəngavərləri Fransa kralı və Katolik kilsəsinin ortaq şəkildə təşkil etdikləri bir basqınla tutulmuş, mühakimə olunmuş və sonra da ləğv edilmiş. Heç şübhə yox ki, bu iki təşkilatı zəiflətmək və mümkünsə ortadan qaldırmaq, məbədçi ənənənin və bunun nümayəndəsi olan masonluğun ən vacib hədəflərindən biri oldu. Bu hədəfin reallaşmasının ən böyük mərhələsi olan Fransız İnqilabında masonluğun rol oynaması, bu səbəblə olduqca mənalıdır.
İngilis tarixçi Michael Howard, “The Occult Conspiracy” adlı kitabında lojaların, inqilabın hazırlanmasındakı roluna diqqət çəkər. Hovardın bildirdiyinə görə, inqilabın hazırlanmasında ən təsirli lojalardan biri, Böyük ustadlardan Savalette de Lage tərəfindən qurulan “Həqiqətin dostları” adlı gizli təşkilat idi. Bu lojanın siyasi fəlsəfəsi, inqilabı doğuran ictimai islahatın ana xətlərini çəkirdi. Savalette de Lage ilə əlaqədə olan bir başqa əhəmiyyətli loja, Neuf Soeurs (Doqquz bacılar) lojası idi. Üzvləri arasında Volter, Benjamin Franklin, Paul Jones kimi adların yer aldığı loja, xüsusilə kilsənin dini təhsil sisteminə qarşı sekulyarist alternativ inkişaf etdirməyə çalışmışdı. Tarix, ədəbiyyat, kimya və tibb mövzularında kilsə təliminin tamamilə xaricində və tamamilə sekulyarist nəzəriyyələr inkişaf etdirildi. Bu loja tərəfindən qurulan Apollo Kolleci, inqilab əsnasında Lycée Republican adını aldı.
Masonluğun, inqilabda böyük rolu olduğu, inqilabdan dərhal sonra qələmə alınan müxtəlif kitablarda dilə gətirilmişdir. Yayılmış bir iddiaya görə, Fransız İnqilabını alovlandıran qiyamın planı, 1782-ci ildə Wilhelmsbadda yığışan Böyük Masonik Konvensiyada edilmişdi. Konvensiyaya qatılanlar arasında inqilabın əhəmiyyətli liderlərindən Comte de Mirabeau da vardı. Mirabeau, Fransaya dönən kimi Konvensiyada qərarlarının detallarını Fransız lojaları içində mütəşəkkil etmişdi. (Michael Howard, The Occult Conspiracy: The Secret History of Mystics, Templars, Masons and Occult Societies, 1-ci nəşr, London: Rider, 1989, səh. 64)
İnqilabın pərdə arxasında əhəmiyyətli rol oynayan kəslərin başında isə Comte Cagliostro gəlirdi. Əsl adı Cozef Balsamo olan Siciliyada doğulan Cagliostro, Almaniyada həm klassik mason lojalarına həm də İllüminatlar lojasına üzv olmuşdu. Bir müddət sonra inqilabın infrastrukturunu hazırlayacaq agentlərdən biri olaraq seçildi. Vəzifəsini, bütün Avropanı gəzərək radikal və inqilabçı düşüncələri yaymaq idi. Sonunda Fransaya gedərək Jakobenlerə qatıldı. 1785-ci ildəki Böyük Masonik Konqresində inqilabın hazırlığı ilə əlaqədar yeni əmrlər aldı. Eyni ildə baş verən məşhur kraliça boyunbağısı qalmaqalının mərkəzində Cagliostro vardı. Qalmaqal, Kraliça ilə Kardinal arasında bir eşq macərası yaşandığı təəssüratı vermək üçün təşkil edilmiş bir sui-qəsd idi və xalq arasında həm krallığın həm kilsənin etibarını böyük ölçüdə zəiflətdi. Qalmaqalın masonların bir məhsulu olduğunu Fransız roman yazarı Aleksandr Düma da doğrular. (Umberto Eco, Foucault Sarkacı, səh. 403)
Loja tərəfindən “agent- provokator” olaraq vəzifələndirilən Cagliostro, kraliça boyunbağısı qalmaqalının və inqilaba zəmin hazırlayan daha bir çox inkişafın mərkəzində idi. 1787-ci ildə Londonda olduğu sırada Parisdəki dostlarına yazdığı bir məktubda, yaxınlaşan inqilabdan danışmış, Bastiliya həbsxanasının hücuma məruz qalacağını, monarxiyanın və kilsənin ləğv olacağını və ağıl prinsiplərinin üzərində yeni bir din qurulacağını xəbər vermişdi. (Michael Howard, The Occult Conspiracy, səh. 66)
Bu, şübhəsiz Cagliostronun inanılmaz üstün fikirli olmasından deyil, loja içindəki rütbəlilərdən aldığı kəşfiyyatdan qaynaqlanırdı. Çünki Michael Howardın ifadəsiylə, “1785-1789-cu illər arasında Fransada yer alan çox sayda loja, monarxiyanı və qurulu nizamı yıxmaq üçün bütün günü çalışırdı”. (Michael Howard, The Occult Conspiracy, səh. 67)
İnqilab həqiqətən də böyük ölçüdə mason əsəri idi. Masonlar inqilabı həm qurmaq istədikləri ictimai nizam üçün böyük mərhələ, həm də məbədçilərə qarşı Fransa kralının etdiklərinin intiqamı olaraq görürdülər. Provokasiya edilmiş kütlələr Bastiliya həbsxanasına doğru getdiklərində Mirabeau, “Monarxiya, Məbədçilər təşkilatının nəvələrindən öldürücü zərbə aldı” demişdi. (Michael Howard, The Occult Conspiracy, səh. 68) Bu zaman, içindəki məhbus sayının iki əlin barmaqlarını keçmədiyi və heç bir strateji əhəmiyyəti olmayan Bastiliya həbsxanasının bu cür böyük simvol halına gətirilməsinin də bir mənası vardı: Məbədçilərin Böyük ustadı Jacques de Molay 1314-cü ildə edam edilmədən əvvəl, uzun müddət Bastiliyada məhbus qalmışdı!… İnqilabla birlikdə madam De Molayın intiqamı alınırdı, o halda əvvəlcə Bastiliya hədəf alınmalı idi. (Michael Howard, The Occult Conspiracy., səh. 69.)
İnqilabın içində masonluğun, daha doğrusu yeni-məbədçilərin oynadığı rol, Cagliostro tərəfindən 1789-cu ildə etiraf edildi. Cagliostro inkvizisiya tərəfindən həbs olunmuşdu və canını qurtarmaq üçün bildiyi hər şeyi bir-bir izah etdi. İzah etdiklərinin əvvəlində, məbədçi ənənəsini qoruyan masonların bütün Avropada zəncirləmə inqilab etmə planları gəlirdi. Masonların əsl məqsədinin isə, məbədçilərin yarım buraxdığı işi bitirərək Papalığı yox etmək olduğunu, ya da Papalığın ələ keçirilməsinin hədəfləndiyini də etiraf etmişdi.
Masonların və İllüminatlar mənşəli inqilabçıların Fransız İnqilabını qızışdırmaq üçün istifadə etdikləri üsullar isə son dərəcə mərhəmətsiz idi. William T. Stillin, New World Order (Yeni dünya nizamı) adlı kitabında izah etdiyinə görə; 1789-cu ilin yaz və yay aylarında İllüminatların taxıl bazarında reallaşdırdıqları manipulyasiyalar nəticəsində süni buğda qıtlığı yaradıldı. Bu vəziyyət o qədər geniş aclığa gətirib çıxardı ki, bütün ölkə qısa zamanda qiyam qaldırdı. Hadisələrin təşəbbüskarı, Fransa Böyük Şərq (Grand Orient) Lojasının Böyük ustadı Orleans Dükü idi. İllüminatlar, xalqın çəkdiyi ağrıları bir vasitə olaraq istifadə edərək yaratdıqları narahat mühitin inqilabçı hərəkətlərinə faydalı olacağını planlamışlardı. Həqiqətən də, qida anbarlarını qəsb edərək və Milli Məclisdə bütün islahat cəhdlərini maneə törədərək vəziyyəti daha da pisləşdirdilər və xalqı tam mənasıyla aclığa məhkum etdilər…
Əvvəlcə bütün ölkədə eynivaxtlı çaxnaşma duyğusu yaradıldı. Kənddən-kəndə, şəhərdən-şəhərə gedən atlılar, yurddaşlara “quldurların” yaxınlaşmaqda olduğunu və özlərini qorumaq istəyirlərsə silaha sarılmaları lazım olduğunu bildirdilər. Həmçinin, yurddaşlara bütün bu hadisələrin səbəbkarlarının malikanələrdə və qalalarda gizləndikləri, şəxsən kralın buraları atəşə vermələrini buyurduğu deyildi. Fransa kralına bağlı olan xalq bu əmrlərə əməl etdi. Artıq alovların nəzarət edilməsi qeyri-mümkün idi, talan və dağıdılma davam edərkən, anarxiya getdikcə yayılırdı.
Fransız İnqilabı ilə birlikdə əksəriyyəti mason olan Jakobenler böyük terror dövrü başlatdılar. Başda din adamları və monarxiya yanlıları olmaq üzrə on minlərcə insan gilyotinə göndərildi və Fransa tam bir qan gölünə çevrildi. Bu vəhşiliyin bəzi detalları və bu detallarda yer alan masonik mesajlar olduqca düşündürücü idi:
Paris küçələri terrora təslim olmuşdu… 1793-cü ilin noyabrında bütün Fransada rahiblərin öldürülməyə başlanması, dinə qarşı bir kampaniyanın qüvvəyə girdiyini ortaya qoyurdu. Bütün qəbiristanlıqlara, İllüminatların məşhur şüarı olan “Ölüm sonsuz yuxudur” sözlərini ehtiva edən yazılar asılmağa başlandı. Parisdəki kilsələrdə “Ağıl bayramları” adı altında əyləncələr təşkil edilir, fahişələr tanrı tərəfindən gəlmiş kimi taxta çıxarılırdılar. Bu mərasimlərin bir adı da “Exoterion” idi və Weishauptun qələmə aldığı “Eşq tanrıçasının müqəddəs hesab edilməsi” adlı bir şeirini nümunə götürürdülər…
1793-cü ilin sonlarına doğru, yeni inqilab rəhbərliyi, sayları yüz minlərə çatan işsizlərlə üz-üzə qaldı. İnqilabın öndərləri, sonradan bütün diktatorların təqlid edəcəyi yeni bir “terror” proyektini tətbiq etdilər: “əhali azaldılması.” Məqsəd, Fransanın 25 milyona çatan əhalisini 16 milyona endirmək idi. Robespierre, əhalinin azaldılmasını qaçınılmaz hesab edirdi…
Əhalinin azaldılması ilə vəzifəli inqilab komitəsi üzvləri, gecə gündüz xəritə başında hər şəhərdə neçə kəllənin qopardılması lazım olduğunu hesablayırdılar. İnqilab məhkəmələri kimlərin ölməsi lazım olduğuna qərar verir və sonu gəlməz bir qurban sürüsü gilyotinin yolunu tuturdu. Yalnız Nantesdə, bir gecə içində 500 kimsəsiz uşaq şəhər sallaqxanasında öldürülür, 144 yoxsul qadın çaya atılırdı. (William T. Still, New World Order)
Bu vəhşilik, əvvəl ifadə etdiyimiz kimi, məbədçi ənənənin və bunun nümayəndəsi olan mason dərnəkləri və İllüminatların üzvlərinin dinə və monarxiyaya olan nifrətlərinin bir məhsulu idi.
1796-cı ildə Fransada “The Tomb of Jacques de Molay” (Jacques de Molayın məzarı) adlı kitab nəşr olundu. İçində, Fransız İnqilabının, mənşələri məbədçilərə uzanan masonlar tərəfindən edildiyi izah edilirdi. Bir il sonra Cizvit rahibi Father Bamuel, “Memoires pour serir de l’histoire du Jacobinisme” (Jakobenizm tarixindən xatirələr) adlı kitab yazdı. İçində məbədçilərin mason düşüncələrini altında hələ də var olduqları və inqilabı da onların etdiyi izah edilirdi. Rahib, İngilis Vətəndaş müharibəsisinin də bir məbədçi dəzgahı olduğunu yazmışdı. (William T. Still, New World Order, səh. 69.)
1808-ci ildə Parisdəki St. Paul kilsəsində Jacques de Molayın xatirəsinə bir xatırlama mərasimi təşkil edildi. Mərasimdə iştirak edən masonlar, eyni Orta əsrlər məbədçiləri kimi geyinmişlərdi. De Molayın sümükləri və bəzi şəxsi əşyaları üzərində ayinlər edildi. Masonlar daha sonra mərasimi çölə daşıyaraq məbədçi bayraqları ilə Paris küçələrində yürüş etdilər. (William T. Still, New World Order, səh. 70) 5 əsr əvvəl kral və kilsə tərəfindən Parisdə edam edilmiş olan Jacques de Molay bu dəfə yenə Parisdə mərasimlə xatırlanırdı.
Kilsə də kral da artıq yox idi çünki. Və ortalıq qan gölü idi.

