Fitrətə uyğun yaşamaq necə olur?

İnsanın yaradılışının tək həqiqi məqsədi Allaha qulluq etməsidir. Ancaq burada vacib həqiqəti bilmək lazımdır: İnsanın yalnız Allaha qulluq etmək üçün yaradılmış olması, sadəcə bəzi ibadətləri etməyin yetərli olacağı mənasını verməz. Allaha qulluq etmək, həyatın hər sahəsini əhatə edər və əsasda Allahı tanımaq, Ona yaxın olmaq və bütün həyatını Onun göstərdiyi yola görə davam etdirmək deməkdir. Bu şəkildə yaşayan, yəni yalnız Allaha qulluq edən bir insan, dünyanın ən gözəl, ən hüzurlu, ən zövqlü həyatını yaşayar. Çünki Allahın Qurandakı əmrlərinin hamısı çox asandır. İnsan Allaha qulluq etməkdən zövq alacaq şəkildə yaradılmışdır və bunu etməklə da bu yaradılışına yəni fitrətinə uyğun hərəkət etmiş olur. Quranda bu mövzu belə açıqlanır:

Allahın insanları yaratdığı fitrət üzrə hənif olaraq üzünü dinə (İslama) çevir! Allahın (insanları fitrət üzrə) yaratmasında heç bir dəyişiklik yoxdur. Doğru din budur! Lakin insanların çoxu bunu bilmir. (Rum surəsi, 30)