Hz. Musa, firona Allahın varlığını açıqlayıb sonra da Allahın möcüzələrini göstərdikdə firon qürurlanmış və əslində, hz. Musanı hörmətdən salmağı planladığı üçün onu ən çox güvəndiyi sehrbazları ilə qarşı-qarşıya gətirə biləcəyi bir yarışma təşkil etmişdi. Firon İsrail oğullarının hz. Musadan təsirləndiyini və ona inanmağa başladığını gördüyü üçün hz. Musanın göstərdiyi möcüzələri xalqa “sehrbaz hiyləsi” olaraq göstərməyə çalışmışdı.
Firon Misir xalqının Allaha iman etməsindən və batil dinlərini tərk etməsindən narahat idi. Yeganə məqsədi öz sistemini davam etdirməsi olduğuna görə, ədalətli adı verilmiş hiyləli bir oyunla sistemini qoruyacağını və hətta möhkəmləndirəcəyini zənn etmişdi.
Təyin olunan gün gəldikdə hz. Musa və sehrbazlar xalqın toplandığı bir meydanda qarşı-qarşıya gəldilər. Sehrbazlar güclərini göstərmək üçün əsalarını atdılar. Hazırladıqları sehrin təsiri ilə əsalar insanlara tərəf qaçan kimi göründü. Hz. Musa isə əsasını atınca Allahın icazəsi ilə əsa sehrbazların qurduğu oyunu uddu. Bu hadisə Quranda belə izah edilir:
(Sehrbazlar) dedilər: “Ey Musa! Ya sən (əsanı) at, ya da biz (əlimizdəkiləri) ataq?” Musa: “Siz atın!” – dedi. Onlar (əllərindəki ipləri və çomaqları) atdıqları zaman insanların gözlərini sehrlədilər və onları qorxudaraq böyük bir sehr göstərdilər. Biz də Musaya: “Əsanı at!” – deyə vəhy etdik. Bir də baxdılar ki, (əsa ilana çevrilib) onların uydurduqları şeyləri udur. Beləliklə, həqiqət ortaya çıxdı, onların etdikləri isə yox olub getdi. Beləcə, (Firon və qövmü) orada məğlub oldular və zəlil hala düşdülər. (Əraf surəsi, 115-119)
