“Firon ətrafındakı zadəganlara dedi: “Həqiqətən də, bu, bilikli bir sehrbazdır!”“ —hz. Musanı deyir. “O öz sehri ilə sizi torpağınızdan çıxartmaq istəyir. Nə təklif edirsiniz?” Onlar dedilər: “Onu qardaşı ilə bir qədər gözlət və şəhərlərə adam yığanlar göndər ki, bütün bilikli sehrbazları sənin yanına gətirsinlər”. Mütəxəssis, bilikli sehrbazlar. O dövrün darvinistləri. Eyni mövzuları təkrar izah etdikləri cadu təsiri meydana gətirir, çünki təkrarlarla cadu yaranır. Onlarda da belə bir metod var. “bütün bilikli sehrbazları sənin yanına gətirsinlər”. Beləliklə, sehrbazlar bəlli bir günün müəyyən edilmiş vaxtında toplandılar. Camaata deyildi: “Siz də yığışırsınızmı?”. Yəni insanların qarşısında darvinistləri, xurafatçıları mat etməyin əhəmiyyətinə də Quran diqqət çəkir.
“Əgər sehrbazlar qalib gəlsələr, ola bilsin ki, biz də onlara tabe olaq” -deyirlər oradakı insanlar. “Sehrbazlar gələn kimi Firona dedilər: “Əgər qalib gəlsək, bizə mükafat veriləcəkmi?”. İndi Allah rizası olmayanda dünya mənfəəti olur. Mömin Allah rizası üçün hərəkət edir, bunlar da pul qarşılığı edirlər. Pulu dünyəvi məqsədlə istifadə edəcəklər. “Firon dedi: “Bəli! Belə olacağı təqdirdə sizi özümə yaxın adamlardan edəcəyəm”. Yəni əgər onlara tərəfkeşlik edərsə, yaltaqlıq edərsə, məsələn, bəzi müsəlmanlar da küfrə, masonlara, əxlaqsızlara yaltaqlıq, tərəfkeşlik edib onların adamı olurlar. Və onları lazım gəlsə öz televiziya kanallarına çıxardıb danışdıra bilir, öz adamları halına gətirirlər, öz əmrlərini ona istədikləri kimi dedirdə bilirlər, istədikləri kimi darvinist, materialist fikirləri, xurafatı, bidatları, yaxud İslam əleyhinə hər hansı bir sözü dedirdə bilirlər. Dünyanın hər yerində var bu, təkcə hər hansısa bir ölkədə deyil.
Belə tiplər yaltaqlardır, yəni faydalanmaq üçün onlara yaxınlıq göstərən tiplər. Məsələn, xüsusi söhbətlər aparırlar razı salırlar, pul verir, danışır, izah edir. “Biz səni qoruyacağıq, sən də bizi müdafiə et” -deyirlər. “Biz dinsizik” -deyirlər, “sən də dindar olaraq tanınırsan, amma bu cür ittifaqımız olarsa birlikdə bir çox mənfəət əldə edərik” deyib razılaşırlar. “Əgər qalib gəlsək, bizə mükafat veriləcəkmi?” Yəni belə saxtakarlar demək ki, pulla iş görürlər.

