Fillərin gizli və kodlu səs dalğaları

Fillər kimi bir-birilərində uzaqda yaşayan heyvanlar üçün çox ünsiyyət vacibdir. Körpə fil yatmaq istəyəndə çox böyük əraziyə səpələnmiş bütün sürü üzvləri dayanıb onun oyanmasını gözləyirlər. Bu ünsiyyətin səbəbi yalnız fillərin qoxu hissinin çox kəskin olması deyil. Filin alnında 20 hersin altındakı tezliklərdə boğuq səs çıxaran orqan vardır. Bu orqan sayəsində fillər digər canlıların anlaya bilmədikləri bu gizli və kodlu dildən istifadə edərək öz aralarında danışırlar. Fillərin yaratdığı bu səssiz tonlar, yəni çox uzun dalğalar, qısa dalğalardan daha çox uzağa gedə bilər. Buna görə də bu tezlikdəki fillərin gizli dili uzun məsafəli ünsiyyəti üçün idealdır. (National Geographic, avqust 1989, səh. 264-267)