Fil Xortumunu Nə Üçün İstifadə Edir?

Fillərin xortumunda 50 000 əzələ var. Lazım gəldikdə xortum yığılır və tonlarla ağırlığı olan əşyaları asanlıqla itələyir. Fil xortumu həm bir noxud dənəsini götürə bilən həssaslığa, həm də böyük bir ağacı yerindən qopara bilən gücə sahibdir. Bir çox funksiyalar yerinə yetirən bu orqan filin su içməsi və ya bədəninə su püskürtməsi üçün 4 litr su saxlamaq qabiliyyətinə sahibdir.

Hal-hazırda texnologiyada böyük irəliləyişlər əldə edilməsinə baxmayaraq, alimlər filin xortumu kimi müxtəlif təyinatlı hərəkətləri eyni zamanda yerinə yetirə bilən alətlər və ya robotlar hazırlaya bilməyiblər.

Fillərin xortumunun mükəmməl quruluşu və xüsusi dizaynı Uca Allahın bənzərsiz yaratmasını bizlərə göstərən dəlillərdən biridir.