Qərbi Afrika fil balığı (Gnathonemus petersii), Afrikanın 27 C-lik isti və palçıqlı sularında yaşayar. Adını, kəllə formalarının fil burnuna bənzəməsindən götürən bu balıqlar, yemək tapmaq, qaranlıq və bulanıq sularda istiqamətlərini müəyyənləşdirmək üçün zəif elektrik sahələrindən istifadə edərlər. Zəif elektrikli bu balıqların başları üzərindəki çıxıntılı hissə, elektrik qəbulediciləriylə örtülür. Qəbul edilən elektrik siqnallarının birləşdirilməsi yüksək emal gücü tələb edir; fil balıqları balıqlar aləmində ən ağır beyinə sahib olanlardır. Bu növdə beyin o qədər böyük və aktivdir ki, balığın öz maddələr mübadiləsi enerjisinin 60%-indən istifadə edir. Bu da insanlardakının 3 misli qədərdir.
Canlının elektrik siqnalı yayan elektrik orqanı isə quyruğunda yerləşir. Balıq gedəcəyi yolu, quyruq tərəfindəki əzələlərində mütəmadi surətdə yaydığı elektrik siqnallarıyla müəyyənləşdirər. Normal şərtlərdə, dəqiqədə təxminən 500 siqnal yayır. Lakin suyun çirklənmə dərəcəsi artdıqca dəqiqədə istehsal etdiyi siqnal sayı 1000-i keçə bilər.

