Fərqli məqsədlər üçün Qızılgül-Xaç

Qızılgül-Xaç, məbədçilər tərəfindən qurulan, masonluqla qardaş, amma masonluqdan fərqli məqsədləri olan, daha gizli və daha qaranlıq bir təşkilatdır. Bu gün belə Qızılgül-Xaçın nə vaxt, harada qurulduğu haqqında çox məlumat mövcud deyil. Bu mövzuda müxtəlif əfsanələr və saxta sənədlər hazırlanmışdır, ancaq bunların böyük hissəsi həqiqəti əks etdirmir. Qızılgül-Xaçla əlaqədar ilk sənədlər 1614-15-ci illərdə Almaniyada ortaya çıxmışdır. “Fama Fraternitatis” və “Confessio Rosae Crucis” adlı sənədlər, Qızılgül-Xaç haqqında əhəmiyyətli bəzi məlumatlar verirlər. Bu sənədlər və daha sonra ortaya çıxan məlumatlardan aydın olduğu qədəriylə, Qızılgül-Xaç, kökləri Misir hermetizmi, qnostisizm və Kabbalaya söykənən, gizli-sirli bir təriqətdir. Almaniyada nəşr olunan sənədlərə görə dərnəyin qurucusu Christian Rosencreutz adlı bir Alman cəngavəridir. Mövzuyla əlaqədar mütəxəssislərin bəziləri bu adın saxta və ya simvolik olduğunu müdafiə etmişlər.

Əslində Qızılgül-Xaç təriqəti məbədçilərin, mason lojaları ilə müqayisədə daha rahat hərəkət etdikləri bir yerdir. Mason lojalarına məbədçi olmayan kəsləri də qəbul edərək, siyasi güclərini artıran məbədçilər, bu lojalarda cadu, əlkimya kimi qaranlıq fəaliyyətlər etmişlər, bu fəaliyyətləri Qızılgül-Xaç təşkilatına keçirilmişdir.

Bu baxımdan baxıldığında, Qızılgül-Xaç, məbədçilərin istədikləri böyük dəyişməni reallaşdırmaq üçün istifadə edəcəkləri fövqəltəbii güclərin araşdırma mərkəzi halına gəlmişdir. Hadisənin bir başqa diqqət çəkici istiqaməti də, hər ikisi də məbədçi ənənənin davamı olan masonluq və Qızılgül-Xaç təşkilatları arasında çox yaxın əlaqə olmasıdır. Bu əlaqənin ən sadə göstəricilərindən biri olaraq, İsveç nizamnaməsinin 18-ci dərəcəsinin “Qızılgül-Xaç cəngavəri” olması göstərilə bilər:

“Sadə bir izaha görə Qızılgül-Xaç, məbədçilərin Qırmızı xaçından qaynaqlanır. Həm mason həm də İlluminatus (İşıqlanmış) olan Mirabeau, ölkədə qaldığı müddət boyunca, Almaniyadakı gizli dərnəklər haqqında bir çox şeyi kəşf edəcək mövqedə olmuşdur və qəti olaraq ifadə edir ki, “17-ci əsrin Qızılgül-Xaç masonları, əslində gizlicə davam edən əvvəlki Məbədçi təriqəti idilər” (Mirabeau, Histoire de la Monarchie Prussienne, V. 76.)

Mövzunun mütəxəssisi olan Lecouteulx de Candalası isə vəziyyəti daha açıq bir şəkildə ifadə edir:

“Fransada təriqətdən ayrılan cəngavərlər, bundan belə gizlicə, 15-ci əsrdə Bohemya və Silezyada yayılan Yanan Ulduz və Qızılgül-Xaç təriqətlərini qurmuşlar. Bu təriqətlərin yüksək rütbəli zabitləri bütün həyatları boyunca qırmızı xaç geyinmək və hər gün St. Bernard duasını etmək məcburiyyətində idilər.” (Lecouteulx, de Canteleu, Les Sectes et Sociétés Secrètes, səh. 97)

Qızılgül-Xaç təşkilatının məqsədlərini praktikaya keçirməyə çalışan kəslər arasında ən əhəmiyyətlisi və ən tanınmışı Sir Francis Bacondur. 1561-ci ildə doğulan Bacon İngiltərə tarixində əhəmiyyətli bir yerə malikdir. Etdiyi xidmətlər səbəbiylə 1-ci Verulam baronu və Saint Albans vikontu elan edilmişdir. Etdiyi fəlsəfi elmi işlər, tarixdə Bacona müsbət elmin atası ünvanını qazandırmışdır. Ancaq bütün bu sifətlər Baconun həqiqi şəxsiyyətini açıqlamır. Çünki Bacon əslində İngilis məbədçilərinin Böyük ustadıdır. Qızılgül-Xaç ustadı olaraq, gizli elmlər, xüsusilə də Kabbalada, cadu və kimyagərlik mövzularında dövrün ən məlumatlı şəxsiyyətidir. Elmi adı verilən və əslində elmlə əlaqəsi olmayan işlərinin əsas məqsədi, mistik-fövqəltəbii gücləri istifadə edərək təbiətə hakim olmaqdır. Bacon, məbədçilərin xəyalındəkı dövlət quruluşunu izah etdiyi “Yeni Atlantida” adlı əsərində tam dünya cənnəti modeli təqdim edər. Bacon, bu utopik hekayəsində Bensalem (Yeni Qüds mənasını verər) adlı xəyali bir adada yaşayan xəyali insanların əhvalatını izah edər. Ən diqqətə çarpan xüsusiyyət, adanın tam bir elm dünyası olmasıdır; çox sayda elmi icad vardır və bunlar sayəsində də ada sakinləri “küləyi nəzarət etmək” kimi fövqəladə güclər əldə etmişlər. Adadakı bütün bu elmi işləri nəzarət edən bir də “elm evi” vardır: Solomons House (Süleymanın evi) adı verilən bu ev əslində məbədçilərin başlanğıc və hədəf nöqtəsidir.

Nəticə olaraq, fərqli adlar altında eyni məqsəd üçün fəaliyyət görən üç qardaş təşkilat, yəni Məbədçilər, Masonlar və Qızılgül-Xaç, sonrakı hissələrdə də araşdıracağımız kimi, güclərini və təsirlərini artırmağa davam etmiş, dünyanın çöhrəsini öz ideallarına görə dəyişdirməyə, istiqamətləndirməyə çalışmışlar. Bu gizli müddət boyunca hər cür üsulu istifadə etmiş və hələ də istifadə etməyə davam edirlər.