Fərasət-bəsirət

Fərasət, bir insanın sahib olduğu tez anlama və qavrama qabiliyyətidir

Fərasət, bir insanın sahib olduğu tez anlama və qavrama qabiliyyətidir. Bəsirət isə insanın, bir mövzunun əsasını qavrama gücü, həqiqəti bütün detallarıyla görə bilmə qabiliyyəti və irəli fikirli olmasıdır. Hər iki xüsusiyyəti də, insana qazandıran qaynaq isə “ağıl”dır.

Allah bir ayəsində, “Korla görən, iman gətirib yaxşı işlər görənlərlə, pislik edənlər eyni deyildir. Necə də az düşünüb daşınırsınız!” (Mömin surəsi, 58) hökmü ilə bəsirətin əhəmiyyətinə diqqət çəkmiş və bu xüsusiyyətdən məhrum olan kəsləri də “kor” olaraq xarakterizə etmişdir.

Quranın bir başqa ayəsində isə, ağlın qazandırdığı bu böyük nemətə sahib olan kəslər ilə düşüncə və qavrama gücü bağlı olan insanların vəziyyətlərinin nə qədər fərqli olduğuna belə diqqət çəkilmişdir:

“Rəbbindən sənə nazil edilənin haqq olduğunu bilən kimsə, kora bənzəyə bilərmi? Bundan ancaq ağıl sahibləri ibrət alarlar.” (Rad surəsi, 19)

Fərasət və bəsirət sahibi bir insan, qarşılaşdığı bir hadisəni ya da bir sözü ən doğru şəkildə analiz edə bilmə qabiliyyətinə malikdir. Keçmişdə əldə etdiyi təcrübələrdən ən ağıllı nəticələri çıxarar və bu məlumatları gələcək üçün ən məqsədəuyğun şəkildə istifadə etməyi bilər. İçərisində olduğu mühiti, şərtləri və imkanları ağıllı bir dünyagörüşüylə qiymətləndirər və bu şərtləri ola biləcək ən yaxşı səviyyəyə gətirməyi və əlindəki imkanları ən yaxşı şəkildə istifadə etməyi bacarar. Bir işə başlamazdan əvvəl mütləq bu mövzuda lazımlı ola biləcək hər cür tədbiri alar, ola biləcək çatışmazlıqları təsbit edər və bu istiqamətdə hərəkət edər. Hər danışığı məqsədəuyğun, hər düşüncəsi iti ağlın və qavrayışın məhsuludur.