Fənər balığının erkəyi dişisindən 10-15 dəfə kiçikdir. Dənizin dərinliklərində yaşayan erkək fənər balığı, gənc ikən dişlərini itirir və aclıq təhlükəsi ilə üzləşir. Buna görə də ən qısa müddətdə bir dişi tapmalıdır. Erkək kəllənin dörddə birini əhatə edən çox böyük burun dəlikləri sayəsində dişilər tərəfindən ifraz olunan “feromonları” (sekresiya növü) qəbul edir. Bu yolla dişi balıq tapır və dırnaqları ilə ona yapışır. Bundan sonra inanılmaz hadisə baş verir; erkəyin və dişinin dəri və damar sistemləri bir-biri ilə birləşir və erkəyi dişidən qida almağa (daha doğrusu oğurlamağa) başlayır. Dişi balıq kürəyində 3-4 cırtdan erkək daşıyır. Dişi yumurtalarını suya qoyan kimi erkək spermasını sərbəst buraxır. Yumurtalar mayalandıqdan sonra erkəyin işi bitir və erkək yavaş-yavaş əriyib yox olur. (S. Deligeorges, Recherche, noyabr, 1995)
Fənər balıqlarının maraqlı cütləşməsi
