Fələstin üçün bağırıb-çığıranlar izləsin

Şərqi Türküstanda, Myanmada, Hindistanda, Şri-Lankada illərdir müsəlmanlar etnik təmizləməyə, dəhşətli soyqırıma və assimilyasiyaya məruz qalırlar.

Döyülür, diri-diri yandırılır, evləri atəşə verilir, məscidləri dağıdılır, günahsız olduqları halda həbs düşərgələrinə göndərilirlər.

Fələstin üçün aləmi dağıdanlar niyə dünyanın digər yerlərindəki müsəlmanlara qarşı səssiz qalırlar?

Bunun cavabı çox sadədir: Fələstin üçün bağırıb-çığıranlar bunu həqiqətən fələstinliləri düşündükləri üçün etmirlər, “sürü psixologiyası” məntiqi ilə edirlər.

Əgər dünyadakı bütün müsəlmanlar üçün əllərindən gələni etmirlərsə, deməli səmimi deyillər.