Allah, iman sahiblərini yalnız öz əxlaqlarını gözəlləşdirməklə məsul tutmamış, eyni zamanda onlara bütün insanların məsuliyyətini də yükləmişdir. Allahdan qorxan vicdan sahibi bütün Müsəlmanlar, bu məsuliyyəti ən gözəl şəkildə yerinə gətirə bilmək üçün fədakarca bir əxlaq göstərməklə və səmimi bir səy göstərməklə öhdəçiliklidirlər. Bunun üçünsə, “Şübhəsiz ki, Allah Öz yolunda möhkəm divar kimi səf çəkib döyüşənləri sevər!” (Səff Surəsi, 4) ayəsiylə bildirildiyi kimi, bir-birlərinə dəstək olmalı, hər cür çətinliyə qarşı birlik içərisində hərəkət etməlidirlər. Allah, Quranın “Kafirlər də bir-birinin dostlarıdır (köməkçiləridir). Əgər siz bunları (yuxarıda sizə buyurulanları) etməsəniz, yer üzündə böyük bir fitnə-fəsad olar (islam zəifləyər, küfr isə artıb qüvvətlənər).” (Ənfal Surəsi, 73) ayəsiylə, möminlərin bir-birlərinə dəstək olub kömək etməmələri vəziyyətində dünyada “böyük bir təxribatçılıq” meydana gələcəyini bildirmişdir. Zülm görən, ədalətsiz tətbiqlər altında əzilən insanların, yazıq qadınların, kimsəsiz uşaqların, baxıma möhtac kəslərin çətinliklərinin aradan qaldırılmasına ancaq bu şəkildə köməkçi oluna bilinəcək. Gözəl əxlaqın bütün insanlar arasında tətbiq edilməsi isə, həm bütün dünyada barış və dincliyin yaşanmasını təmin edəcək, həm də buna vəsilə olan möminlərə Allah Qatında çox böyük bir savab qazandıracaq.
Allah, Quranın “(Ey insanlar!) Rəbbiniz tərəfindən bağışlanmağa və genişliyi yerlə göyün genişliyi qədər olan, Allaha və Onun peyğəmbərlərinə iman gətirənlərdən ötrü hazırlanmış Cənnətə nail olmaq üçün (yaxşı əməllər etməkdə) bir-birinizi ötüb keçməyə çalışın. Bu, Allahın dilədiyi kimsəyə əta etdiyi lütfdür (mərhəmətdir). Allah çox böyük lütf (mərhəmət) sahibidir! (Hədid Surəsi, 21) ayəsiylə insanlara cənnət üçün qərarlı bir hazırlıq və yarış içində olmalarını bildirmişdir. Allahın rəhmətini və cənnətini ümid edə biləcək kəslər həyatları boyunca hər cür fədakarlığı edərək, ixlasla Rəbbimizin razılığını axtaran, bu uğurda ən çoxunu edə bilmək üçün rəhmanı bir yarış içərisinə girənlər olacaq.

