Fatihə surəsi, Məkkədə nazil olmuş və 7 ayədən ibarətdir. Fatihə çox sirr daşıyan bir surədir. “Həmd aləmlərin Rəbbi”. Yəni bütün aləmlərin. Demək ki, çoxlu aləm var. Aləmlərin Rəbbi. Yalnız dünyanın, yalnız Süd Yolu qalaktikasının, yalnız gördüyümüz aləmin deyil.
“Rəhman və Rəhim”. Yəni həmişə qoruyucu və sevən, yaxşılıq edən, həmişə xeyir, həmişə insanların gözəlliyi üçün olan “və din gününün” mənası qiyamət və İslamın dünya hakimiyyəti. “Din gününün sahibi olan”, yəni ona sahib olan, onu meydana gətirən Allahdır.
“Biz yalnız Sənə ibadət edərik”. Şirk yoxdur. Dünya hakimiyyəti üçün şirk yoxdur. Xurafat yoxdur. Xurafatçılıqda mürşid saydığı adama ibadət edirlər. Xurafata ibadət edər. Xurafatın mənbələrinə ibadət edər. Ayədə nə deyilir? “Biz yalnız”, baxın, yalnız deyir. Məsələn, biz Sənə ibadət edirik deyilmir. “Biz yalnız, sadəcə, yalnız Sənə ibadət edər və yalnız”, yenə bir daha vurğulanır, “Səndən yardım diləyirik”. Yəni filankəsdən, kiminsə ruhaniyyətindən deyil. Yalnız Allahdan. Yəni xurafatçıların yardımını istəmir Allah.
“Bizi doğru yola yönəlt”. Quranın yoluna, səhabələrin yaşadığı həyata, “özlərinə nemət verdiklərinin yoluna”. Kimlərə nemət verdi Allah? İmam Rəbbaniyə, Əbdülqədir Gilaniyə, 12 imama. “Özlərinə nemət verdiklərinin yoluna”. “Qəzəbə uğrayanların və azğınların yoluna deyil”, darvinistlərin, materialistlərin, ateistlərin, xurafatçıların yoluna deyil. Həm qəzəbə uğramışlar, Allah onların bəlasını vermiş, həm də azmışlar. Azğınlar. Onların yoluna deyil deyir. Yəni dəccalın yoluna deyil. Burada həm Mehdiyyətə, həm Dəccaliyətə işarə var.
Bədiüzzaman Fatihədən nur tələbələrinin fəaliyyətlərinin nə qədər davam edəcəyini, qiyamətin tarixini hamısını əbcəd hesabı ilə çıxarır. Həm Peyğəmbərimizin hədisindən, həm də Fatihə surəsindən. Bədiüzzamanın dediyi doğrudur. 70 il var. 70 ildən sonra pozulma başlayır. Sonra isə 1545-ci ildə qiyamət qopacaq. Rəsulullah 8 hədisdə deyir. Dünyanın ömrü 7 min ildir. 7 min illik bir təqvim verib. Bəlkə Nuhdan etibarən, bəlkə Hz. İbrahimdən etibarən 7 min illik bir təqvim. 5600 ili keçdi deyir. 7 min çıxılsın 5600 edir 1400. O zaman 1400 ilə 1500 arasında hər şey tamam olur. 1500-dən sonra 1545-də qiyamət qopur, Allahu aləm
“Ümmətimdən bir taifə Allahın əmri gələnə qədər, qiyamətə qədər haqq üzərində olacaqdır”, deyir Rəsulullah. Bədiüzzaman deyir ki, “ümmətimdən bir taifə” fıkrasının məqamı cifrisi 1542 (2117) edərək sona işarə edir. Haqq üzərində olacaqdır. Şəddə sayılır fırkası da məqamı cifrisi 1506 (2082) bu tarixə qədər zahir və aşkar olacaq. 2082-ci ilə qədər zahir və aşkar, bəlkə qalib olacaq, sonra isə 1542 (2117)-yə qədər gizli və məğlubiyyət içində vəzifəsini davam etdirəcəyinə işarə edir. Allahın əmri gələnə qədər şəddə sayılır fırkası da məqamı cifrisi 1545 olub, 2120, yəni miladi 2120 olub, kafirin başına qiyamət qopmasına işarə edir”, deyir Bədiüzzaman.

