Rəhman və Rəhim olan Allahın adı ilə! (Fatihə surəsi, 1)
Həmd olsun aləmlərin Rəbbi olan Allaha (Fatihə surəsi, 2)
Rəhman və Rəhim olana (Fatihə surəsi, 3)
Din gününün sahibinə! (Fatihə surəsi, 4)
Yalnız Sənə ibadət edir və yalnız Səndən kömək istəyirik. (Fatihə surəsi, 5)
Bizi doğru yola yönəlt! (Fatihə surəsi, 6)
Nemət bəxş etdiyin kəslərin yoluna, qəzəbə düçar olmuşların və azmışların yoluna yox! (Fatihə surəsi, 7)
