Şeytanın səmimi möminlər üzərində heç bir təsiri olmaz. Allah bu həqiqəti Nəhl surəsinin 99-cu və 100-cü ayələrində belə bildirir:
Əlbəttə, iman edib Rəbbinə təvəkkül edənlərin üzərində onun (şeytanın) heç bir hökmranlığı yoxdur. Onun (şeytanın) hökmranlığı yalnız onu dost tutanların və Allaha şərik qoşanların üzərindədir. (Nəhl surəsi, 99-100)

