Allahın qulları üçün yaratdığı imtahan, son dərəcə asan və rahatdır. İnsanın öhdəsinə düşən, Allahın Quranda bildirdiyi və insana dünya həyatında da xoşbəxtlik və hüzur gətirən həyatı yaşamaqdır. Allah, bu imtahan içində imana qarşı mənfi güc olaraq şeytanı yaratmışdır. Allahın, ayələrində bildirdiyi kimi, şeytan, insanların düşüncələrinə vəsvəsə verərək, onlara imansızlığı təlqin edərək və ya bəzi insanların rəftarı və danışıqları vasitəsi ilə insanları dindən, Allahın əmrlərindən və gözəl əxlaqdan çəkindirmək üçün səy göstərir. Bunun üçün hər yolu sınayar, insanlara müxtəlif tələlər qurar. Şeytanın, insanın düşməni olduğunu Allah bir ayəsində belə xəbər verir:
Ey iman edənlər, hamınız bütövlükdə sülhə (İslama) gəlin və şeytanın yolu ilə getməyin. Çünki o, sizə açıq-aşkar bir düşməndir. (Bəqərə surəsi, 208)
Bununla yanaşı, Allahın ayələrində də bildirdiyi kimi, şeytanın insanlar üçün hazırladığı hiylələr çox zəifdir və iman gözü ilə baxan insan, dərhal, şeytanın tələlərini görər və pozar. Allah Quranda şeytanın hiylələrinin çox zəif olduğunu və insanlar üzərində heç bir hökmünün olmadığını xəbər vermişdir.
Quranda, “İş bitdikdə Şeytan belə deyəcək: “Allah sizə doğru vəd vermişdi. Mən də sizə (kömək edəcəyim haqda) vəd vermişdim, amma, sonra vədimə xilaf çıxdım. Əslində mənim sizin üzərinizdə heç bir hökmüm (sizi özümə tabe edə biləcək heç bir gücüm) yox idi. Lakin, mən, sizi (günah işlətməyə, Allaha asi olmağa) çağırdım, siz də mənə uydunuz. İndi məni yox, özünüzü qınayın. Nə mən sizin dadınıza çata bilərəm, nə də siz mənim dadıma çata bilərsiz. Mən öncə (dünyada) sizin, məni (Allaha) şərik qoşmağınızı da inkar etmişdim . Həqiqətən, zalımları şiddətli bir əzab gözləyir!” (İbrahim Surəsi, 22) ayəsində şeytanın heç bir məcburedici gücünün olmadığı üçün mömin güclü vəziyyətdə olar. Bu da çox böyük bir rahatlıqdır.
İblisin onlar barəsindəki ehtimalı doğru çıxdı. Bir dəstə mömindən başqa, qalanları onun toruna düşdülər. Halbuki, o, bu insanlar üzərində ixtiyar sahibi deyildi. Biz ancaq, axirətə inananla ona şəkk gətirən kimsələri ayırd etmək üçün şeytana belə bir fürsət verdik. Sənin Rəbbin hər şeyi mühafizə edəndir. (Səba surəsi, 20-21)
Şeytanın insanlar üzərində heç bir məcburedici gücünün (hökmünün) olmaması, Allahın insanlar üçün təyin etdiyi asanlıqdır. Şeytan, insana sadəcə pisliyi, inkarı, pis əxlaq xüsusiyyətlərini vəsvəsə edər, onları inkara çağırar. Ancaq, bunları insanlara etdirmək üçün onlara təzyiq edə bilməz, qurduğu tələlər aydın və zəifdir. İnsanın, şeytanın təsirindən xilas olmaq üçün, çox böyük səy və güc sərf etməsinə ehtiyac yoxdur. Düşünən bir insan, həqiqətləri dərhal görər və şeytana uymaz.
Məsələn, şeytan bir insana dünya həyatını çox cazibədar və bəzəkli göstərə bilər. Gənc bir insana dünya həyatını sanki heç bitməyəcəkmiş kimi hiss etdirib, onu dünyaya ehtirasla bağlamağa çalışar. Halbuki, ağlı başında və həqiqəti düşünən biri üçün şeytanın bu səyləri çox zəif və təsirsizdir. Hər insanın bir gün mütləq öləcəyini, dünya həyatında cazibədar görünən hər şeyin keçici, qısa ömürlü və cənnətdəki vəziyyəti ilə müqayisə edildiyində, son dərəcə əskik və yetərsiz olduğunu bilən və düşünən insan, şeytanın tələsini pozmuş olar və ya şeytan bir insana qürur və təkəbbür göstərməyi vəsvəsə edər. Ancaq acizliklərini, nöqsanlarını düşünən və ya bir gün ölüb, torpağın altında çürüyəcək bədənə sahib olduğunu xatırlayan insan, şeytanın bu oyunundan da asanlıqla xilas olacaq.
Əlbəttə ki, bu asanlıq, səmimi olaraq şeytanın təsirində yaşamaq istəməyən, Allahın razılığını, rəhmətini və cənnətini hədəfləyən saleh insanlar üçündür. Əks halda, Allahdan qorxub çəkinmədikdə və Allahın razılığını niyyət etmədikdə, şeytanın tələlərinə düşməsi çox asan olacaq. Rəbbimiz şeytanın sadəcə “ixlaslı” qullarının üzərində təsirinin ola bilməyəcəyini ayələrində belə xəbər verir:
İblis dedi: “Sənin izzətinə and olsun ki, onların hamısını mütləq (haqq yoldan) azdıracağam. Ancaq onlardan ixlaslı olanlar bundan istisnadır. (Sad surəsi, 82-83)
Buna qarşılıq şeytanın çağırışlarına uyan və onu dost tutanların sonu isə ayədə belə açıqlanır:
Həqiqətən, Zikr (Quran) mənə gəldikdən sonra o məni azdırdı”. Şeytan insanı (fəlakətə apardıqdan sonra orada) tənha qoyar. (Furqan surəsi, 29)

