Hz. Adəmdən bəri insanın dünya üzərindəki ən böyük düşməni şeytandır. Şeytan hz. Adəm yaradıldığında Allaha itaət etməmiş və bütün insanları Allahın yolundan azdırmağa söz vermişdir. Allah Quranda şeytanın insanları doğru yoldan ayırmaq üçün müxtəlif yollar sınadığını, onlara tələlər qurduğunu, dünya həyatını bəzəkli və cazibədar göstərməyə çalışdığını bildirər. Allahın şeytan haqqında bildirdiyi bir başqa məlumat isə onun hiyləsinin zəif olduğu və insanlar üzərində heç bir təşviqedici təsirinin olmadığıdır.
Əslində şeytanın hiyləsinin zəif olması və təhrikedici bir gücünün olmaması, Allahın insanlar üçün yaratdığı asanlıqdır. Çünki din əxlaqını yaşayan insanın qarşısında dinə qarşı mənfi güc olaraq şeytan vardır. Onun zəif və gücsüz olması isə möminlərin Quran əxlaqını yaşamaq mövzusunda çətinlik yaşamayacaqlarının bir göstəricisidir. Ancaq bunun üçün səmimi iman lazımdır. Quranda da saleh olanların şeytanın hiylələrindən təsirlənməyəcəyi bildirilir.
Allah ayələrdə şeytanın iman edənlərin və təvəkkül edənlərin üzərində heç bir təsirinin olmayacağını Bəzən şeytan iman edənlərə də etdikləri bir işdə, işlədikləri bir əməldə vəsvəsə verməyə çalışa bilər.
Allahın Quranda bildirdiyi əhəmiyyətli bir sirr də insanın vəsvəsədən necə xilas olacağıdır. Bu, Allahdan qorxan və cənnəti ümid edən möminlər üçün çox əhəmiyyətli mövzudur. Çünki vəsvəsə şeytanın insanları Allahın yolundan uzaqlaşdırmaq, onları boş və məqsədsiz işlərlə məşğul edərək vaxtlarını almaq məqsədi ilə pıçıldadığı yanıldıcı sözlərdir. Şeytan bu yolla insanlara hüzn, qorxu çətinlik verməyə, aralarını açmağa, Allah, Quran, ya da din haqqında şübhəyə salmağa çalışar. Haqq olmayan mövzularda insanları uzun və səbəbsiz vəsvəsələrə salar.
Möminlər şeytandan gələn vəsvəsələrə qarşı çox diqqətlidir. Bir çətinlik, Qurana uyğun ola bilməyən bir düşüncə hiss etdiklərində dərhal düşünərlər. Dərhal Allahı və Quran ayələrini düşünərək şeytanın pıçıldamalarından xilas olarlar.
