Şeytan necə varlıqdır?

blank

Şeytan Allahın yaratdığı cinlərdən biridir. Allah ilk insan olan hz. Adəmi yaratdıqdan sonra bütün mələklərə Adəmə səcdə etməyi əmr etmişdir. İçlərindən yalnız şeytan Allahın əmrinə, təkəbbür göstərdiyi üçün, itaət etməmiş və belə demişdir:

(İblis) dedi: “Ey Rəbbim! Sən Məni azdırdığına görə mən də mütləq onlara yer üzündə (pis əməlləri) gözəl göstərəcək və onların hamısını azdıracağam. (Hicr surəsi, 39)

Allahın hüzurundan qovulan şeytan, bütün insanları Allahın yolundan azdırmaq və onların hamısını yoldan çıxartmaq üçün Allahdan qiyamətə qədər müddət istəmişdir. Şeytan özünə verilən bu müddət ərzində insanları Allah yolundan azdırmağa çalışacaq və bunun üçün hər yolu sınayacaq. Bu səbəblə, şeytan, hər insanın axirəti üçün ən əhəmiyyətli təhlükədir və hər insanın ən böyük düşmənidir.

blank