Ey Rəbbimiz, unutsaq və ya yanılsaq, bizi cəzalandırma!

İman edənlərin həyatlarında bir dəfə də olsa oxumaları vacib olan dualar

Allah Quranda Müsəlmanlara nələrə dua etmələri lazım olduğunu bir çox ayələrlə bildirmişdir. Dua taleyimizdə var olana doğru bizi istiqamətləndirir. Taleyimizi təqdir edən də, bizə duanı etdirən də Allahdır. Dua Müsəlmanın ən əhəmiyyətli ibadətlərindən biridir. Dua edən mömin Allaha qarşı acizliyini bilib, davamlı təslimiyyətli bir ruh halında olur. Dualarının qarşılığında Allahın Qatında dəyərli, təqva sahibi bir qul ola biləcəyini ümid edir. Allah bir ayəsində belə buyurur:

“De: “Əgər duanız olmazsa, Rəbbim sizə nə üçün dəyər versin!…” (Furqan surəsi, 77)

Allah heç kəsi gücü yetdiyindən artıq yükləməz. Hər kəsin qazandığı (yaxşı əməli) lehinə, qazandığı (pis əməli) isə əleyhinədir. “Ey Rəbbimiz, unutsaq və ya yanılsaq, bizi cəzalandırma! Ey Rəbbimiz, bizə, bizdən əvvəlkilərə yüklədiyin kimi ağır bir yük yükləmə! Ey Rəbbimiz, gücümüzün çatmadığı bir şeyi bizə yükləmə! Bizi əfv et! Bizi bağışla! Bizə rəhm et! Sən himayədarımızsan. Kafirlər qövmünə qarşı bizə yardım et!” (Bəqərə surəsi, 286)