(Ey insan!) Bu sənin qaçdığın ölüm sərxoşluğu mütləq gələcəkdir

Ölümün ardından

Ölümlə birlikdə, o günə qədər dəyər verilən və çox vacib hesab edilən bir çox dünya məsələləri mənasını itirər. Ölümü düşünməklə imanda ciddiyyət, cənnət və cəhənnəmin yaxın olduğu daha yaxşı başa düşülər. Axirətin yaxın olduğu, dünyanın yalnız imtahan yeri olduğunu daha dərin qavramaq olar. İmanı tam mənası ilə dərk etməyən insanlar ölümü və axirəti dünya həyatında səthi dəyərləndirirlər. Ancaq ölüm ilə qarşılaşdıqda bu hal bir anda kəskin şəkildə aydın olacaq və insanların hamısı axirət həqiqətini tam aydınlığı ilə qavrayacaqlar.