İnsanların ən böyük yanılmalarından biri hər şeyi səbəblərə bağlı olaraq düşünmələridir. Məsələn, mallarını Allah yolunda xərclədiklərində pullarının qalmayacağını zənn edərlər. Halbuki, Allah infaq edənlər üzərində dünyada və axirətdə nemətlərini artıracağını bildirir. Allah bunları, əlbəttə ki, səbəblərə bağlıymış kimi göstərir.
Allah bir yığıncaqda yeni gələnlər üçün və ya izdihamın azaldılması üçün yer açılması lazım olduqda möminlərin bu çağırışa dərhal uymalarını əmr edər. Bu, həm incə düşüncə, həm fədakarlıq, həm də itaət göstəricisidir. Allah bu davranışın bir qarşılığı olaraq, möminlərə genişlik verəcəyini və onları dərəcələrlə yüksəldəcəyini bildirir. Allah hər insanın niyyətini və ürəyini əsas tutar. Allah bir davranışdan məmnun olduqda o insana dilədiyi hər şəkildə nemət və gözəllik verə bilir. Bu səbəblə, möminlər hər şeyin nəticəsini və qarşılığını Allahdan gözləyərlər. Allahın Quranda bildirdiyi sirlər tək həldir.

