Əxlaqi tənəzzül

Hazırda, yaşadığımız dövrdə dünyadakı xalqların sosial quruluşunu təhdid edən çox böyük

Hazırda, yaşadığımız dövrdə dünyadakı xalqların sosial quruluşunu təhdid edən çox böyük təhlükə var. Bu təhlükə insan bədəninin ölümə sürükləyən viruslara oxşar bir şəkildə gizli fəaliyyət göstərərək cəmiyyətləri dağılmağa məhkum edir. Bu təhlükə bir insan cəmiyyətini ayaqda saxlayan əxlaq dəyərlərinin pozulmasıdır. Homoseksuallığın, qadın ticarətinin, zinanın, təcavüzlərin, narkomaniyanın, pornoqrafiyanın, cinsi xəstəliklərin artması əxlaqi süqutun bəzi mühüm nişanələridir. Qeyd edilən bu məsələlər həmişə dünya ictimaiyyətinin gündəmindədir. İnsanların çoxu baş verən təhlükəni dərk etmir və ya bunları sosial həyatın bir hissəsi kimi dəyərləndirərək bu qəflətin içinə düşür. Ancaq statistika təhlükənin ölçülərinin görünməmiş bir artımla hər gün daha da böyüdüyünü göstərir.

Cinsi xəstəliklərin artması bəşəriyyətin qarşısındakı problemlərin böyüklüyünü göstərən əsas meyardır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesabatlarına görə, cinsi yollarla keçən xəstəliklər ən çox rast gəlinən xəstəlik qruplarından birini təşkil edir. Əldə edilən məlumatlar hər il təxminən 333 milyon yeni hadisənin meydana gəldiyini göstərir. Bunlara əlavə olaraq QIÇS (AIDS) böyük bir problem olmaq xüsusiyyətini hələ də qoruyur. Ümumdünya Səhiyyə Təşkilatının statistik məlumatlarında bu günə qədər 18,8 milyon insanın bu xəstəlikdən həyatını itirdiyi bildirilir. Adıçəkilən təşkilatın QIÇS-lə bağlı 2000-ci ilə aid hesabatında bu ifadələr məsələni daha yaxşı xülasə edir: “QIÇS sosial, iqtisadi və demoqrafik quruluşlar üzərindəki dağıdıcı təsiri ilə bənzərsiz bir bəladır”.

Qorxuducu hadisələr arasında homoseksualizmin yayılması da çox diqqətçəkəndir. Eyni cinsdən olan insanların bəzi ölkələrdə rəsmi olaraq evlənə bilməsi, evliliyin səbəb olduğu sosial haqlardan istifadə edə bilməsi, dərnək və partiyalar qurması, dünya səviyyəsində yayılmaları, dini inanclara qarşı gəlmələri, Peyğəmbərimizin dövründən bu günə qədər keçən 14 əsrlik müddət ərzində ancaq dövrümüzə məxsus olan hadisələrdir.

Günümüzdəki eynicinslilərin bu cəsarəti Lut xalqının başına gələnləri yada salır. Quranda bəhs edildiyi kimi, Allah hz. Lutun doğru yola dəvətinə azğınlıqla cavab verən Lut şəhərini və xalqını böyük bir fəlakətlə məhv etmişdir. Bu azğın cəmiyyətdən geridə qalanlar hələ də ibrət nümunəsi olaraq Lut gölünün altında qalır.

Axırzaman əxlaqi pozuntuları təsvir edən hədislərin bugünkü dünyada tam mənası ilə reallaşdığı açıq bir həqiqətdir. Pozğunluğun utanmağa və gizlənməyə ehtiyac qalmadan, açıq-aşkar edilməsinin qiyamətin bir əlaməti olduğu hədisdə belə bildirilmişdir:

“Pozğunluq aşkar edilmədən… qiyamət qopmaz”. (Ramuz əl-hadis, 91/7)

Dünyada evlilikdən kənar cinsi əlaqələrin yayılmasının bir işarə olduğu da Peyğəmbərimiz tərəfindən bu cür deyilmişdir:

“Zinanın çoxalması qiyamətin əlamətlərindəndir”. (Buxari, “Təcridi”, 1/16)

Əxlaq dəyərlərinin, utanma duyğusunun zəifləməsi belə təsvir edilmişdir:

“Qiyamət yaxınlaşanda… həya, kişinin qadınla yolun ortasında cinsi əlaqədə olacaq qədər aradan qalxar”. (“Axırzamanla bağlı hədislər”, səh. 97)

Çox qəribədir ki, son dövrlərdə televiziya kanallarında pozğun görüntülər nümayiş etdirilir. Yollarda insanlarla qiymət danışan küçə qadınları hamının gözü qarşısında, yolun ortasında, açıq-aşkar pozğunluq edirlər.

Burada hədisdə qiyamət əlaməti olaraq qeyd edilən bir hadisə də qeyd edildiyi kimi zühur etmiş və milyonlarla insana bu hadisə göstərilmişdir. Hadisələr göstərir ki, homoseksuallığın adi həyat tərzi kimi qəbul edilməsi qiyamətdən əvvəlki dövrün əsas əlamətlərinin bir işarəsidir:

“Kişilər qadınlara bənzəyəcək, qadınlar kişilərə oxşayacaq”. (“Ölüm-qiyamət-axirət və Axırzaman əlamətləri”, səh. 451)

“Kişilər kişilərlə, qadınlar da qadınlarla kifayətlənəndə… qiyamət yaxınlaşacaqdır”. (“Ramuz əl-hadis”, 448/8; “Ölüm, qiyamət və diriliş, səh. 480)