Əxlaqi degenerasiyanın ortaya çıxması

Sürətlə artan, yalnız məbədçilərin maddi imkanları və sayları deyildi. Bunlara paralel olaraq ehtirasları, acgözlükləri, qürurları və zalımlıqları da artdı. Məbəd cəngavərləri, Katolik kilsəsinin inanc əsasları, tətbiqləri və təlimlərindən tamamilə uzaqlaşmışlardı. Belə ki, haqlarında tək bir yaxşı şey belə deyilməz oldu. Avropalıların ümumi düşüncəsi bu istiqamətdə idi. Məsələn, xalq arasında “məbədçi kimi içmək” geniş şəkildə istifadə edilən bir deyim idi. Almaniyada “Tempelhaus” sözü, fahişəxanalar ilə sinonim olaraq deyilirdi. Təkəbbürlənən bir adam üçün “bir məbədçi qədər qürurlu” deyilirdi. (Henry D. Funk, “The Trial Of The Knights Templar”, The Builder, 1916.)

16 iyun 1291-ci ildə, Müqəddəs torpaqlardakı xristian varlığı sona çatınca, buralarda yerləşmiş olan məbədçilər də Avropaya dönmək məcburiyyətində qalmış, başda Fransa olmaq üzrə müxtəlif mərkəzlərə yerləşmişlərdi. Əsl vəzifələri sona çatmış olmasına baxmayaraq siyasi güclərini qorumaqla kifayətlənməmiş sərvətlərini və üzvlərini artırmağa davam etmişdilər.

Ancaq bu tarixdən etibarən, hadisələr məbədçilərin əleyhinə dönməyə başladı; girişdikləri siyasi oyunlar və qaranlıq məqsədlər, başda Fransa olmaq üzrə əlaqədar krallıqların qəzəbinə səbəb oldu. Xalq isə, bu qəribə təriqəti yaxından tanıma fürsəti tapmış və məbədçilərin heç də zənn etdikləri kimi səmimi dindar cəngavərlərdən qurulmadığını anlamağa başlamışdı.

Sonunda 1307-ci ildə, Fransa Kralı Filip ya da digər məşhur adıyla “Ədalətli Filip” (M. Encarta Encyclopedia 2001 Deluxe Edition CD, “Philip IV (of France)”), məbədçilərin Avropanın xristian siyasi və dini quruluşunu kökündən dəyişdirməyə çalışdığını fərq etdi. Və Papa V Clement ilə birlikdə, 1307-ci ilin oktyabr ayında bu azğın və çürük təşkilatı bütünlüklə ortadan qaldırmaq üçün hərəkətə keçdi.