Ətrafındakı nemətləri görməmək

Şeytanın təsirində olub, hər şeyə mənfi gözlə baxanlar, bir müddət sonra nemət və gözəlliyi

Şeytanın təsirində olub, hər şeyə mənfi gözlə baxanlar, bir müddət sonra nemət və gözəlliyi görə bilməyəcək hala düşərlər. Ətrafındakı hər şeyə tənqid etmək və qüsur tapmaq gözü ilə baxdıqları üçün, zehinlərini yalnız belə düşüncələr məşğul edər. Buna görə də, söhbətlərində, ümumiyyətlə, narahat olduqları mövzulardan gileylənər, lakin Allahın yaratdığı nemətlərdən bəhs etməzlər. Öz aləmlərində qüsur və ya nöqsan kimi gördükləri mövzulardan çox danışarkən, Allahın nemət olaraq yaratdığı gözəllikləri dilə gətirməzlər. Çünki bu əxlaqı yaşayan insanlar şeytanın güclü təsiri ilə yalnız özlərinə qüsurlu görünən şeylərə diqqətlərini yönəldirlər.

Halbuki, insanın sahib olduğu nemətlər özünə aid deyil. İnsan əsla belə haqsız iddia və sahiblənmə düşüncəsində olmamalıdır. Ən kiçiyindən ən böyüyünə qədər bütün nemətlər yalnız Allah istədiyi, lütf etdiyi üçün və bəndələrinə olan sonsuz rəhmətinə görə mövcuddur. İnsanların sahib olduqları hər şey Allah onlara lütf etdiyi üçün özlərindədir. Allah Quranda sahib olduğu nemətlər barədə; “bu, mənə, məndə olan elmdən ötrü verilmişdir” (Qəsas surəsi, 78) deyən Qarun adlı şəxsin necə səhv düşündüyü və buna görə də, hansı aqibətə uğradığı belə bildirir:

Sonunda onu da, sarayını da yerin dibinə keçirdik. Beləliklə də, Allaha qarşı ona kömək edəcək camaatı olmadı. Həmçinin o, özünə kömək edə biləcək insanlardan da deyildi. (Qəsas surəsi, 81)

Qarunun vəziyyəti bütün insanların düşünüb ibrət götürəcəyi həqiqətə işarə edir. Allah yer üzündəki bütün bəndələrinə saysız-hesabsız nemət verir. Lakin neqativ şəxsiyyətə sahib insanların böyük hissəsi bəlkə də möminlərlə birlikdə yaşayarkən rifah mühitinin və rahatlığın verdiyi cəsarətlə bu cür xarakter göstərə bilirlər. Xoşbəxt ola biləcəkləri, şükür edə biləcəkləri o qədər nemətə baxmayaraq, gileylənmələri nankorluqlarının göstəricisidir. Halbuki sahib olduqları nemətlər əllərindən çıxsa, aclıq, xəstəlik, çətinlik kimi vəziyyətlə qarşılaşsalar, bu cür davranmazlar. Tam əksinə çox kiçik nemət belə onlar üçün çox dəyərli olacaq, bunun qiymətini ən yaxşı şəkildə biləcək və şükür edən əxlaq göstərəcəklər.

Allah; “Rəbbinin nemətindən dayanmadan danış” (Duha surəsi, 11) ayəsiylə, insanları həmişə nemətləri xatırlamaq və onlardan danışmaqla məsul etmişdir. Digər bir ayəsində isə Allah, insanların ətrafını əhatə edən nemətlərin çoxluğunu bildirməklə onlar üzərindəki rəhmətini belə xatırlatmışdır:

Əgər Allahın nemətlərini saymağa cəhd etsəniz, onu ümumiləşdirmə edərək belə sayıb qurtara bilməzsiniz. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir. (Nəhl surəsi, 18)

Şübhəsiz ki, ağıl və məntiq sahibi hər insan, bu həqiqəti çox açıq şəkildə görə bilər. Bunun üçün xüsusi səy göstərməsinə ehtiyac yoxdur; təkcə ətrafa dönüb baxması kifayətdir. O zaman niyə bəzi insanlar bu vəziyyəti anlamazlıqdan gəlir, niyə bu gözəllikləri gördüklərini dilə gətirmir və niyə bunların sevincini yaşamaqdan qaçırlar?

Çünki bu şeytanın təsiri ilə baş verir; şeytan insanların bu həqiqətin dərk edərək yaşamalarını istəməz. Buna görə də, insanların diqqətini mənasız düşüncələrə yönəldər və onlara vəsvəsə verər, beləliklə də, bunlardan başqa heç nə düşünə bilməyəcək hala gəlmələrini və Allahın üzərindəki rəhmətini təqdir edə bilməmələrini istəyər.

Quran ayələrində nankorluq edib Rəbbimizin nemətlərini xatırlamaqdan qaçan insanların əslində bu əxlaqdan xəbərdar olduqları belə bildirilir:

Həqiqətən, insan Rəbbinə qarşı nankordur və həqiqətən, özü buna şahiddir. (Adiyat surəsi, 6-7)

Onlar Allahın nemətini bilirlər, sonra da inkar edirlər; onların əksəriyyəti inkar edənlərdir. (Nəhl surəsi, 83)

Halbuki bu vəziyyətdə insan dərhal Allaha sığınmalı; Quran əxlaqına uyğun olmayan davranışa israr etdiyi təqdirdə Allahın əzabla qarşılıq verə biləcəyini xatırlamalıdır. Bu insan Rəbbimizin sonsuz gücü qarşısındakı acizliyini, Onun rəhmətinə möhtac olduğunu düşünməlidir.

Unudulmamalıdır ki, Allahın verdiyi saysız-hesabsız neməti təqdir etməyən bu insanlar, bir müddət sonra artıq istəsələr də, sahib olduqları nemətlərdən zövq ala bilməyəcək vəziyyətə düşə bilərlər.