Allah insanlara bir-birlərinə yaxşılığı tövsiyə etməyi və yanlış davranışlardan çəkindirməyi əmr etmişdir. Mömin qarşısındakı insanın Allahın bəyənməyəcəyi bir davranış içərisində olduğunu gördüyü zaman, Allahın bu əmrinə uyğun olaraq onu doğru olana dəvət edər. Allahın Quranda bildirdiyi həqiqətləri insanlara xatırlatmaq və onları doğru yola çağırmaq məsələsində heç vaxt tərəddüd etməz. Çünki Allah: “Bu, insanları qorxutmaq və möminlərə öyüd-nəsihət vermək üçün sənə nazil edilən Kitabdır. Ona görə qəlbin heç narahat olmasın. (Əraf surəsi, 2) — ayəsi ilə möminlərə Qurandakı hökmləri başqalarına xatırlatmaq mövzusunda çəkingən davranmamalarını bildirmişdir.
Ətrafdan və ya insanlardan çəkinərək yaxşılığı tövsiyə etməmək və pislikdən çəkindirməmək doğrudurmu?

